Püreşəkilli ətsiz şorbaları aşqarlamaq üçün reseptdə nəzərdə tutulan süd və yumurta norması 50% artırıla bilər.
Hazır püreşəkilli şorbalar realizə edilənə qədər Benmari üsulu ilə (su buxarı) və ya elektrik pilətəsi üzərində 80-85 dərəcədə növbəti mərhələlər üçün hazırlanır. Reseptə daxil olunan məhsulların bir hissəsi sürtkəcdən keçirilmir. Süfrəyə verilərkən onlardan hər paya 15-20 qram olmaq şərti ilə qarnir kimi istifadə edilir.
Sousların hazırlanmasında nəzərə alınan vacib şərtlər
Sousların reseptində nəzərdə tutulan limon duzu limon şirəsi ilə əvəzlənə bilər.
Hazırlanan sousun reseptində aşqarlamaq üçün yağın miqdarı göstərilmirsə, onda reseptdə nəzərdə tutulan yağın 70-80%-dən istifadə edilməlidir. İstifadə edilməmiş yağ sousun səthində yağ pərdəsi əmələ gətirməsin deyə, sous marmitdə saxlanmaya verildiyi anda tikə şəklində əlavə edilir. Hazır sous ağzı örtülü qabda - marmitdə 75-80 dərəcə temperaturda saxlanılır (Şəkil 1.19).