Yağ və liflər
Kərə yağı və duru yağlar çox isidildikdə tüstülənməyə başlayır (Şəkil 1.11). Tərəvəz və meyvələrdəki liflər yumşalır və parçalanır, buna görə də bişmiş bir yerkökü xamdan halındakına nisbətən daha yumşaq olur.
Təhlükəsizlik
Bəzi qidaları əvvəlcədən bişirilmədən yemək təhlükəsiz deyil. Yemək bişirmək yeməyi qızdırmaqla yanaşı, eyni zamanda zərərli bakteriyaların da məhvinə səbəb olur. Çiy ətlər bakteriya daşımağa, meyllidir və istehlakçının təhlükəsizliyini təmin etmək üçün xüsusi temperatura qədər bişirilməlidir (Şəkil 1.12).
Yumurta sandviçləri səhər yeməyi və ya
qəlyanaltı üçün əla seçimdir. Bu sendviçlərin
hazırlanması üçün bir neçə seçim vardır.
Yumurta sendviç resepti
Əvvəlcə sadə bir sendviç reseptinə diqqət edək. Bu variantda nə pendir, nə də kolbasadan istifadə olunur. Buna baxmayaraq, sendviç çox ləzzətli olur.
Yumurtalar axşamdan qaynadılır, daha sonra isə onlar soyulur və incə doğranılır. Çörək dilimlərinə mayonez vurulur. Xiyar yuyulur və dilim şəklində kəsilir, sonra isə çörək dilimlərinin üzərinə qoyulur. Başqa bir yumurta qatı xiyarın üstünə qoyulur (Şəkil 1.13).
Sendviç mayonez vurulmuş çörəklə örtülür, sonra isə çapraz şəkildə kəsilir. Nəticədə, üçbucaq formasında olur.
Şorbaların hazırlanmasında nəzərə alınan vacib tələblər
Şorbaların düzgün hazırlanması üçün aşağıda qeyd edilənlərə əməl edilməsi çox vacibdir:
- Xörəklərin reseptlər məcmuəsində yağ norması ətsiz hazırlanan şorbalar üçün nəzərdə tutulur (Şəkil 1.14). Ona görə də şorbalar sümük və ya mal, qoyun, donuz, ördək, qaz və digər ət məhsullarından hazırlanmış həlimdə bişirilərsə, reseptdə
göstərilmiş yağ norması 1000 qram şorba üçün 10 qramdan artıq götürülməməlidir. Bundan yağda tərəvəzlərin qovrulmasında istifadə edilməlidir;
|
Şəkil 1.11. Yağın tüstülənməsi
Şəkil 1.12. Çiy ət
Şəkil 1.13. Yumurta sendviçi
Şəkil 1.14. Ətsiz şorba
|