9. Tərəvəzləri qapalı torbada saxlamaq
Tərəvəzlərin nəfəs almağa ehtiyacı vardır.
Onları plastik torbalarda saxlayanda dəliklər açmaq
lazımdır (Şəkil 2.126). Ən doğrusu bu məhsulları
torlu torbalarda saxlamaqdır (Şəkil 2.127). Onların
hamısını bir yerdə saxlamaq da sürətli şəkildə
xarab olmasına yol açır (Şəkil 2.128).
10. Tərəvəzlərin qaynadılması
Tərəvəzlərin qaynadıldığı suyu atmaq düzgün
deyil. C, B2 vitamini və fol turşusu kimi suda həll
olunan vitaminlərin böyük bir qismi suya keçdiyi
üçün qida dəyərinin itkisi çok yüksək olur. Ona
görə də tərəvəzlərin bişirildiyi su şorbalar, yeməklər
və souslara qatıla bilər.
|