Orqanizmin ehtiyac duyduğu vitamin və mineralların çoxu qidalar və meyvə-tərəvəzlərdən alınır. Amma yemək hazırlanarkən və bişirilərkən edilən bəzi xətalar qida dəyərinin azalması, hətta hamısının yox olmasına səbəb olur. Tərəvəzlərin qida dəyərini qorumaq üçün bir neçə məqama diqqət olunmalıdır. Onlar aşağıdakılardır:
1. Tərəvəzlərin qabığını soymaq
Bir çox vitamin meyvə və tərəvəzlərin qabıqları və qabığın altında toplanır (Şəkil 2.116). Ona görə də onların qabığını lazım olduqda çox incə şəkildə soymaq olar. Amma qabığı soymayanda meyvə və tərəvəzləri bol suda fırça ilə yumaq lazımdır (Şəkil 2.117).
Şəkil 2.116. Qabığın soyulması
|
Şəkil 2.117. Bol suda fırça ilə yumaq
|