İnqrediyentlərin emal edilməsi
- İsti maye və ya buxar yanıqlarından qorunmaq lazımdır;
- İsti emal edilməyən və çiy halda işlədilən bütün növ tərəvəzlər əsaslı surətdə yuyulmanı tələb edir.
Tərəvəz salatının hazırlanma texnologiyası
Salat bir və ya bir neçə tərəvəz növü, həmçinin, tərəvəzlərin ət, balıq, yumurta və s. ilə birləşdirilməsindən ibarət soyuq yeməkdir. Salat hazırlanarkən çiy, qaynadılmış, marinada qoyulmuş və duzlu tərəvəzlərdən istifadə edilir.
Tərəvəzlərin doğranma formaları aşağıdakılardır (Şəkil 2.112):
- Tircik;
- Dairəvi;
- Nazik saman çöpləri;
- Kvadrat;
- Kub;
- Dilim-dilim.
Şəkil 2.112. Tərəvəzlərin doğranma formaları:
1 – tircik;
2 – dairəvi;
3 – nazik saman çöpləri;
4 – kvadrat;
5 – kub;
6 – dilim-dilim
Qış və erkən yaz mövsümlərində insan orqanizmində vitaminlərin çatışmazlığı baş verir. Demək, xüsusən bu zaman orqanizmin vitaminlərə olan ehtiyacını ödəmək üçün tərəvəzlərdən mümkün qədər çox istifadə edərək onların tərkibindəki mineral maddələr və vitaminlərdən faydalanmaq vacibdir. Bunun üçün qış və erkən yazda qəbul edilən tərəvəzlərin nə dərəcədə faydalı olduğunu seçmək və onlar termiki işləmədən keçirilərkən tərkibindəki faydalı maddələrin qorunub saxlanmasına çalışmaq lazımdır (Şəkil 2.113).
|
Şəkil 2.113. Tərəvəzlərdə olan vitaminlər
|