Yadda saxlamaq lazımdır ki, salatların hazırlanması üçün yalnız sağlam, şirəli və sulu
tərəvəzlər yararlıdır.
Vitaminlər, xüsusən, C vitamininin qorunması məqsədilə bir dəfə yeyilmək üçün lazım olan
qədər tərəvəz götürmək lazımdır, çünki saxlama zamanı salatın keyfiyyəti xeyli korlanır.
Hazırlanmış salat qısa zamanda süfrəyə verilir. Turşu C vitaminini sabitləşdirdiyi üçün
xırdalanmış tərəvəzlərə dərhal bitki yağı, xama və sous əlavə edilir və qarışdırılır. Rahat
olsun deyə, salat iki çəngəl və ya çəngəl və qaşıqla qarışdırılır. Hazırlanmış salat qabda
təpə formasında servis edilir (Şəkil 2.109).
Menyunu düzgün tərtib etmək üçün yadda saxlamaq lazımdır ki, qızardılmış ət və balıq
yeməkləri üçün qarnir qaynadılmış tərəvəzlərdən ibarət olur (Şəkil 2.110). Sobada bişirilmiş
ət və balıq yeməklərinə isə salat və vineqretlər daha çox uyğun gəlir.
Tərəvəz salatlarını hazırlayan zaman aşağıdakı təhlükəsiz iş və sanitariya qaydalarına riayət
etmək vacibdir (Şəkil 2.111):
- Bıçaqdan istifadə edərkən əlləri kəsilmədən qorumaq lazımdır;
- Tərəvəzlərin doğranması zamanı bıçağın tiyəsi dəstəkdə yaxşı oturdulmalıdır;
- Doğrama zamanı əl barmaqları və bıçaq düzgün tutulmalıdır - tiyəni yüngülcə sağa əymək
lazımdır;
- Bıçağı doğrama lövhəsindən yuxarı qaldırmaq olmaz;
- Ətçəkən və sürtkəclə iş zamanı ehtiyatlı olmaq lazımdır. Çünki əl və barmaqlar zədələnə
bilər;
|
Şəkil 2.109. Salatın qabda təpə formasında servis
edilməsi
Şəkil 2.110. Qaynadılmış tərəvəzlər
Şəkil 2.111. Tərəvəz salatı hazırlanan zaman
sanitariya qaydaları
|