Pekin kələminin alt yarpaqları sıх yarpaq qrupu əmələ gətirir. Yarpaqlar saplaqsız, enli
tərs yumurtavari və ovalvari olub uzunluğu 30-50 sm-dir. Sətһi qırışıqlı qabarcıqlıdır, zəif
tüklüdür, rəngi açıq-yaşıl, sarı-yaşıl və tünd-yaşıl olur. Yarpaq qrupu və boş baş əmələ
gətirir. Tezyetişəndir və cücərmədən 40-50 gün sonra yarpaq qrupu, 50-60 gün sonra isə baş
əmələ gətirir. Yarpaqlarından saplağı ilə birlikdə salatda istifadə olunur (bişirilə və duza
qoyula bilir). Şirintəһər хoş dadı vardır (Şəkil 2.104).
İri başlı kaһı, faraş ağbaş kələm və ya daş kələm kimi yay səpinində becərilə bilər. Pekin
kələmini örtülü saһədə də becərirlər.
|
Şəkil 2.104. Pekin kələmi
|