Espresso – xüsusi maşından çəkilir və qaynar suda (təqribən 900C) hazırlanır. Bu qəhvə növü bütün dünyada, xüsusilə də, Avropada - İtaliya, İspaniya və Portuqaliyada məşhurdur.
Qəhvəxana qəhvəni tamamlamaq üçün kliyentlərə salatlar və isti yeməklər də təklif edir, lakin
əsas diqqət xəmir və şirniyyatlara verilir.
Ən çox yayılmış iaşə müəssisələrindən biri kafedir (Şəkil 1.5.). Hal hazırda kafe sözü müxtəlif səviyyəli müəssisələrə aiddir. Kafedə yeməklərin qiyməti o qədər də yüksək deyil, bu da ilk növbədə, təklif olunan yeməklərin çeşidi sayəsində əldə edilir:
- Ənənəvi milli mətbəx;
- Ucuz içki və qəlyanaltılar.
Böyük kafelər isə geniş ictimaiyyət üçün nəzərdə tutulmuşdur: bura əsasən, ailə, tələbə və
böyüklər gəlirlər. Buna görə bir kafedə bir neçə otaq olur: ictimai zal, uşaq otağı və
bar.
Kafelərdəki stullar əvəzinə, bəzən skamyalardan istifadə olunur. Uşaq otağında oyuncaq və ya mini attraksionlar olan oyun sahəsi də ola bilər (Şəkil 1.6).
|
Şəkil 1.5. Kafe (iaşə müəssisəsi)
Şəkil 1.6. Uşaq kafesi
|