Çiy, bişirilmiş və emal edilmiş halda istifadə edilənlər - keşniş, şüyüd, kök, cəfəri, kərəviz, reyhan və s..
Əhalini ilboyu müxtəlif halda tərəvəzlə təmin etmək üçün ondan konserv sənayesində istifadə edilir. Hər tərəvəz bitkisindən bir neçə növ konserv məmulatı hazırlandığından onlar konserv sənayesi üçün əsas xammal hesab olunur.
Kökümeyvəlilərdən yerkökü, cəfəri və kərəvizdə özünəməxsus ətri olan efir yağı vardır. Ona görə bunlar xörəklər və duza qoyulan tərəvəzə ədviyyə kimi də qatılır.
Turpdan təzə halda salatda istifadə edilir. Turp və şalğam həm təzə, həm də qaynadılmış halda istifadə edilir və müxtəlif şorbalara əlavə edilir (Şəkil 2.103). Turp tipli kökümeyvəlilərdə qələvi xassəli çoxlu duzlar vardır. Onlar iştah açır və orqanlarda kristallik çöküntülər toplanmasına imkan vermir.