Təzə, ağbaş və gül kələminin xarici görkəmi, kütləsi, ölçüsü və deffektlərinin təyini
Ağ baş kələmin xarici görkəmi, kələm başlarının təmizlənməsi və keyfiyyətinin yaxşılaşdırılması vizual baxışla standartların tələblərinə uyğun keçirilir.
Ağ baş kələmin kütləsi və gül kələm başlarının ölçülərini təyin etmək üçün götürülmüş orta nümunədə kələm başlarının kütləsi kiloqramla (kq), gül kələm başlarının ölçülərini isə sm-lə ən böyük diametri boyu xətkeşlə təyin edirlər. Normalardan kənarlaşdırmanı faizlə müəyyən edirlər (Şəkil 2.92).
Ağ baş kələm və gül kələm başlarının deffektlərini təyin etmək üçün götürülmüş nümunədən quru çirklənmiş, yuxarı yarpaq səthi mexaniki zədələnmiş və özəyi 3 sm-dən artıq olan kələm başlar ayrılır. Kələm başları çəkilib və orada aşkarlanan deffektlərin miqdarı götürülmüş nümunənin çəkisinə nisbətən faizlə ifadə olunur.
Partiya halında olan gül kələm başlarının neçə faizinin texniki şərtlərə cavab vermədiyi dəqiqləşdirilir və ümumi məhsulun çəkisinə nisbətən faizlə ifadə olunur (Şəkil 2.93).
|
Şəkil 2.92. Ağbaş kələmdə deffektlərin təyini
Şəkil 2.93. Gül kələmində deffektlərin təyini
|