Kartof yumrularında çirklənmənin təyini
Kartof yumrularında əsas çirklənmələr torpaqdan, çox hallarda, yumrulara yapışır. Torpaq çirklənmələri yuma yolu ilə müəyyən olunur. Əgər yumrular az miqdarda çirklənmişsə, onda onu ən iri xəlbirdən keçirməklə təyin edirlər.
Kartof yumrularının çirklənməsini çanaqlı tərəzi vasitəsi ilə təyin edirlər. Bunun üçün götürülmüş orta nümunədən 5 kq kartof çəkilərək götürülür və su ilə olan vedrəyə yerləşdirilərək orada yuyularaq torpaqdan təmizlənir, sonra metal torlu zənbilə yığaraq 2-3 dəqiqə müddətində suyun axmasını gözləyirlər. Yenidən tərəziyə yığılaraq çəkilir.
Alınan çəkidən yumrular üzərində qalan su qalığını təmizləyirlər. Şərti olaraq, bu ümumi yuyulmuş kartof çəkisinin 1%-ə qədəri qəbul edilir. Çirklənmənin miqdarı ümumi nümunə çəkisinin faizlə ifadəsidir (Şəkil 2.91).
|
Şəkil 2.91. Kartof yumrularında çirklənmə
|