Fiziki-kimyəvi tədqiqat üsulları
Tərəvəz məhsullarının kimyəvi tərkibinin öyrənilməsində vitaminlər, turşular, ümumi turşuluq,
fəal turşuluq, üzvi turşular və şəkərlərin təyin olunmasında kimyəvi tədqiqat üsullarından
istifadə olunur.
Ərzaq məhsullarının sıxlığı, tərkibindəki quru maddənin miqdarı və digər fiziki göstəricilər
fiziki tədqiqat üsulları ilə təyin edilir (Şəkil 2.80).
Tərəvəz məhsullarının keyfiyyətinə nəzarətdə fiziki-kimyəvi üsullarla yanaşı,
eyni zamanda
orqanoleptik qiymətləndirmə üsulundan da istifadə olunur. Bu üsulla məhsulun istehsal dəyəri
qiymətləndirilir
Orqanoleptik qiymətləndirmə hiss üzvlərinin köməyi ilə həyata keçirilir
(Şəkil 2.81): görmə, dada baxma, iyləmə və s..
|
Şəkil 2.80. Fiziki-kimyəvi tədqiqat üsulları
Şəkil 2.81. Orqanoleptik qiymətləndirmə
|