Məhsul partiyasının eynicinsli olmasını müəyyən etmək üçün götürülən nümunələr biri-biri ilə tutuşdurulur, əgər onlar keyfiyyət göstəricilərinə görə fərqlənirsə, onda hər bir qabdan ayrı-ayrı nümunələr götürülür. Lazım gəlirsə, bütün məhsul partiyası çeşidlənərək bircins şəklə salınır və hər eyni olan məhsul qabından orta nümunə götürülür.
Nümunənin seçilməsi qaydaları və texnikası məhsulun fiziki vəziyyəti və xüsusiyyətindən asılıdır. Maye və yarım-qatı məhsullardan nümunə götürmək üçün onlar diqqətlə qarışdırılır. Çəlləklər isə bir yerdən digər yerə diyirlədərək götürülür.
Kartof və tərəvəzlərdən götürülmüş orta nümunələr diqqətlə kənar qarışıqlardan təmizlənir. Sonra yuyularaq silinir və qurudulur. Hər bir kartof yumrusu kökümeyvə uzununa 4 bərabər hissəyə bölünərək hər nümunədən ¼ nisbətində hissə götürülür, sürtgəcdən keçirilir və qarışdırılır. Ağzı örtülən qaba yığılır.
Baş kələm başları da dörd bərabər hissəyə bölünür və ¼-i götürülür bıçaqla xırdalanır. Baş soğanlardan götürülmüş nümunələr təmizlənir, 4 hissəyə bölünərək bir hissə götürülür və bıçaqla xırdalanır (Şəkil 2.78).