Təbii tərəvəz konservləri yaşıl noxud, şəkərli qarğıdalı, qabıqlı paxla, çuğundur, kök, gül kələm, qulançar, ispanaq və quzuqulağından püre şəklində, yaxud bütöv şəkildə yarpaqlar, yetişmiş pomidor və şirin bibərdən hazırlanır (Şəkil 2.71 və Şəkil 2.72).
Şəkil 2.71. Şəkərli qarğıdalı konservi
|
Şəkil 2.72. Konservləşdirilmiş şirin bibər dilimləri
|
Təbii konservlərə, həmçinin, şərti olaraq konservləşdirilmiş xiyar və patissonu da aid edirlər. Lakin onların emalında sirkə turşusu və ədviyyatlardan da istifadə olunur (Şəkil 2.73). Bu qrupa bəzən yarımfabrikat kimi istifadə olunması üçün konservləşdirilən təbii tərəvəz püreləri də aid edilir (Şəkil 2.74).
Şəkil 2.73. Konservləşdirilmiş xiyar
|
Şəkil 2.74. Tərəvəz püreləri
|
Təbii tərəvəz konservləri istehsalı texnoloji proseslərinin səciyyəvi xüsusiyyəti texnoloji əməliyyatların nisbətən çox olmamasıdır.
Bu əməliyyatlara əsasən aşağıdakılar aid edilir: