Uşaqlar üçün tərəvəz, tərəvəz-meyvə və tərəvəz-ət konservləri uşaq orqanizmi üçün lazım olan əsas qida maddələrinin balanslaşdırılmış miqdarına malik olur (Şəkil 2.69).
Təbii tərəvəz konservləri özünü əsasən, salat, vineqret, birinci və ikinci xörəklərin hazırlanmasında yarımfabrikat, yaxud ət və balıq yeməklərinə qarnirlər şəklində göstərir. Bu konservlər ona görə təbii adlandırılır ki, onların hazırlanmasına gedən tərəvəzlər heç bir mətbəx emalına məruz qalmır. Nəticədə, hazır məhsul maksimum səviyyədə ilkin xammalın xüsusiyyətlərini - rəng, dad, qida maddələri, o cümlədən, vitamin, mineral duzlar və s. saxlanmış olur.
Təbii tərəvəz konservləri bütöv, yaxud doğranaraq 2-3%-li xörək duzu məhlulu bəzən az miqdarda şəkər əlavə olunmaqla qarışdırılır, həmçinin, sürtkəcdən keçirilir və püre halına salınan tərəvəzlərdən istifadə edilməklə hazırlanır. Belə konservlərin tərkibinə hər şeydən əvvəl hər hansı bir tərəvəz növü daxil olur. Ona görə də həmin konservlər hazırlandığı xammaldan asılı olaraq adlandırılır (Şəkil 2.70).