Tərəvəz kürüləri – yunan qabağı, badımcan, çuğundur və soğandan hazırlanır (Şəkil 2.65).
İctimai iaşə üçün yarımfabrikat konservlər – yetişmiş pomidordan sürtgəcdən keçirilmiş və qaynadılmış kütlə və əla və birinci sortda tomat püresi və tomat pastası şəklində emal olunur (Şəkil 2.66). Tomat pastası duzla birinci sortda istehsal olunur (Şəkil 2.67).
Şəkil 2.66. Yarımfabrikat konservlər
|
Şəkil 2.67. Tomat pastası
|
Tomat sousu qatılaşdırılmış pomidor məhsulları, yaxud dad əlavələri ilə təzə yetişmiş pomidordan hazırlanır (Şəkil 2.68).