Salat və vineqretlər – universal məqsədli konservlər olub məişət (ev şəraiti) və ictimai iaşədə istehlak üçün istifadə olunur (Şəkil 2.61). İctimai iaşə üçün tərəvəz salatlarından yalnız ictimai iaşədə istifadə olunur (Şəkil 2.62). 2 və 3 litrlik şüşə balonlar və 3 litrlik laklanmış metal bankalara doldurulur.
Şəkil 2.61. Vineqret
|
Şəkil 2.62. Tərəvəz salatları
|
Universal istifadə və ictimai iaşə üçün olan salatlar zəif turş marinadlara aid olub onlarda sirkənin miqdarı 0,2-0,6% olur (Şəkil 2.63). Marinadlardan fərqli olaraq onlar 3-7,5% bitki yağlarına malik olur (Şəkil 2.64).
Şəkil 2.63. Tərəvəz konservləşdirmə üçün
turşu |
Şəkil 2.64. Turşu və marinadlar
|