Başlanğıc xammal keyfiyyətinə görə yoxlanır, iriliyinə, rənginə və yetişkənlik dərəcəsinə
görə sortlaşdırılır, yuyulur, təmizlənir, doğranır, bəzi hallarda blanşirlənir, yaxud
bişirilir (qəlyanaltı tərəvəz konservləri), vakuum aparatlarında buxarlandırılır (tomat
pastası), açıq qaynatma qazanları (tomat püre) və xüsusi maşınlarda sürtgəcdən keçirilir
(püreyə bənzər məhsullar), çəyirdəyi kənar edilir və qabıqdan təmizlənir (alma, armud,
çəyirdəkli meyvələr, kök və s.). Hazırlanan xammal paylaşdırılır, bankalara doldurulur,
hermetikləşdirilir və sterilizə, yaxud pasterizə olunur (Şəkil 2.50).
|
Şəkil 2.50. Tomat pürenin bankalara doldurulması
|