Məhsul doldurulmuş qablar bağlanmazdan əvvəl onların nəzarət çəkilməsi aparılır. Zərif meyvələrdən (çiyələk və moruq) hazırlanan konservləri bankaya əllə doldurmağa icazə verilir (Şəkil 2.46).
Ekshauslaşdırma (havasını çıxarma)
Konservlərin doldurulması zamanı bankaya hava yığılır. Doldurmada məhsulun temperaturu nə qədər aşağıdırsa, onda havanın miqdarı bir o qədər çox olur.
Bankada oksigenin olması arzuedilməzdir. Çünki o, məhsulun müxtəlif maddələrinin oksidləşməsi, tənəkələrin laksız hissələrinin korroziyası və sterilizədə məhv olmayan aerob mikroorqanizmlərin inkişafına səbəb olur. Ona görə də bankada olan havanın çıxarılması vacibdir (Şəkil 2.47).
Bu məqsədlə isti və mexaniki ekstraktlaşdırma, bəzən isə hər ikisindən birlikdə istifadə olunur. İsti ekshauslaşdırmada ağzı bağlanmamış banka ekshauster aparatından keçirilir və 8-10 dəqiqə buğla işlənir. Mexaniki ekshauslaşdırma zamanı bankanın qapağı vakuum şəraiti yaradılaraq bağlanır.