Təzə qabıqlı lobya yeməkdə təzə şirin qabıqlı paxla və yetişməmiş toxumca halında işlədilə bilər. Tərəvəz növlərindən olan qabıqlı lobyanın rəngi sarı (rəngi saralmış), yaşıl, müxtəlif çeşidlərdə və alabəzək (sarı bənövşəyi) olur.
Lobya qiymətli pəhriz ərzaqıdır. O mineral duzlarla, zülallarla həmçinin vitamin C ilə zəngindir. Aşpazlıqda lobya qaynadılmış formada qarnir kimi, konserv və tərəvəz şorbalarının hazırlanması üçün istifadə olunur (Şəkil 2.37).
Paxlanın çöl hissəsi xüsusi görünüşə malikdir. Onlarda qabıq qara və ya boz zərif məxməri tüklə örtülüb. Qabığın ortasında 3-4 toxum 2-3 sm. ölçüdə olur. Yeməkdə ancaq yetişməmiş cavan qabıqlı, toxumlu halda istifadə olunur. Dadına görə paxla lobyadan və noxuddan geri qalmır. Kulinariyada paxla qaynadılmış formada qarnir kimi, konserv və tərəvəz şorbalarının hazırlanması üçün istifadə olunur. Təzə qabıqlı paxlalar növlərə ayrılır və qabıqların arxası kəsilir. Paxlalı tərəvəzin damarcıqları götürülür (Şəkil 2.38).