Qabıqlı bibərin hazırlanması
Qabıqlı bibər şirin (tərəvəz) və acı (tünd) olur. Formaca şirin bibərin məhsulu yumru, oval, uzunsov, konusvari, hamar və nahamar olur. Şirin bibərin tərkibi çoxlu şəkər və C, P, B1, B2, E, PP vitaminləri, foliya turşuları, karotin təşkil edir. Bibər mineral maddələrlə zəngindir. Aşpazlıqda şirin bibərin yetişməmiş (tünd yaşıl, açıq yaşıl) və yetişmiş növləri (qırmızı, narıncı-qırmızı və yaxud sarı) salatlar, iç doldurulmaları, birinci yeməklər, souslar, turşuya qoyulmalar üçün istifadə olunur. Acı bibər şəkərlə və C vitamini ilə zəngindir. Yeməkdə ancaq qırmızı rəngli yetişmiş məhsul təzə və ya qurudulmuş ədviyyat kimi müxtəlif yeməklərə və tərəvəzlərin duzlanmasında istifadə olunur.
Paxlalı tərəvəzlərin hazırlanması
Noxud qabığı təmizlənən və şəkərli növlərə bölünür. Noxud dənəsi formasından asılı olaraq hamar dənəvər və beyinə oxşar olur (büzüşmüş).Yeməkdə ətli, şirəli, şirin qabıqlı noxud və yetişməmiş təzə noxudun şirin növünün dənələrindən istifadə edilir. Axırıncı növ dadına və çox şəkərli olduğuna görə daha yaxşıdır. Noxudun tərkibini C vitamini və zülallar təşkil edir.
Aşpazlıqda noxud qaynadılmış formada qarnir kimi, konserv və tərəvəz şorbalarının hazırlanması üçün istifadə olunur (Şəkil 2.36).