Badımcanın qabığının rəngi adətən parlaqdan tünd-bənövşəyi rəngə çalır, məhsul müxtəlif formalarda - yumru, oval, slindirşəkilli və.s. olur. Yeməkdə məhsuldan texniki yetişmə dərəcəsinə görə istifadə edilir (yetişməmiş). Onlar şirəli, elastik yumşaq ətli, boşluqsuz toxum yuvalı, yetişməmiş ağ tumlu olurlar. Yetişmə vaxtı badımcanda solanin yığılır, o da məhsulun acılığına səbəb olur.
Badımcan şəkər, kalium duzları şəklində mineral maddələr, fosfor, maqnezium və dəmirlə zəngindir. Tərkibini yağlı maddələr, azotlu maddələr, üzvü turşular (limon, alma), C, B1,B2,PP vitaminləri və karotin təşkil edir.
Aşpazlıqda badımcandan qızartma, pörtləmə, iç doldurulması, kürü və sulu yeməklər hazırlamaq üçün istifadə olunur.
Pomidor və badımcanda soyuq su ilə yuyulduqdan sonra saplağın məhsula bitişən yerindən kəsilir (soymaq da olar) və istifadə olunur (Şəkil 2.34).