Patisson həmçinin xırda məhsullu kol balqabağına aiddir. Onlar kənarları diş-diş olan boşqab formasındadır. Xörəkdə çəkisi 50-150 qr. açıq yaşıl rəngdə, bərk, xırçıltılı, ağ yumşaq ətli və xırda tumçuqlu məhsuldan istifadə olunur.
Aşpazlıqda salatların, sulu yeməklərin, qızartmaların, pörtləmələrin, iç doldurulmaların, turşuya qoyulmaların hazırlanmasında patissondan istifadə edilir. Patisson soyuq su ilə yuyulur, saplağı kəsilir və qabığı təmizlənir (Şəkil 2.32).
Pomidor və badımcanın təmizlənməsi
Pomidor - qabıqdan, ətli divarcıq və toxumlu kamera, doldurulmuş çoxlu həlim və toxumdan ibarət şirəli giləmeyvədir. Pomidor məhsulu yastı, yastı-yumru, uzun-oval, gavalı və armudabənzər formada olur; rənginə görə qırmızı, çəhrayı və ya sarının müxtəlif çalarlarında olur. Məhsulun səthi hamar, nisbətən kələ-kötür olur. Pomidor ölçüsünə görə xırdaşəkilli 60 qrama qədər, orta-çəkisi 60 qramdan 100 qrama qədər və böyük-çəkisi 100 qramdan yuxarı olur. Yetişmə mərhələlərinə görə pomidorlar yaşıl, südlü, boz, çəhrayı və qırmızı rəngə çalır.
Pomidorun tərkibində B və C vitaminləri, korotin, şəkər və üzvü turşular olduğuna görə çox qırmızıdır. Hazırlanma prosesində C vitamini azalır, lakin pomidordaki likopin maddəsi əhəmiyyətli dərəcədə artır.