Dadı (Şəkil 2.23)
5 bal – şəkər və turşunun miqdarı harmoniya təşkil edir, təzə meyvə və giləmeyvənin dadına çox yaxındır və kənar tonlar yoxdur. Belə dondurulmuş məhsullardan desert üçün istifadə olunur.
4 bal – lazımi qədər harmoniklik vardır, təzə meyvə və giləmeyvənin dadına uyğundur və kənar tonlar yoxdur.
3 bal – dadı uyğundur, lakin nisbətən boşdur. Turşuluğun artıqlığı hiss olunur.
2 bal – meyvə və giləmeyvənin dadı heç hiss olunmur.
1 bal – donu açılmış meyvə və giləmeyvədə kənar ton vardır.
Konsistensiyası (Şəkil 2.24)
5 bal – bərkdir, möhkəmdir, təzə meyvə və giləmeyvələrin konsistensiyasına çox yaxındır və formasını saxlayır.
4 bal – kifayət qədər bərk və möhkəm konsistensiyaya malikdir. Az miqdarda deformasiyaya icazə verilir. Yabanı və bağ çiyələyinə 5%-ə qədər əzik olmasına icazə verilir.
3 bal – zəifdir. Aşağı struktur-mexaniki bərkliyə malik lətliyi vardır. Giləmeyvələrdən yabanı və bağ çiyələyinə 15%-ə qədər az əzik olmasına icazə verilir.
2 bal – yumşaq və formasını itirmiş meyvə və giləmeyvədir. Donu açıldıqda bir qədər şirə ayrılması müşahidə olunur.
1 bal – forma və bütövlüyünü itirmişdir və sıyıq şəklindədir.
Meyvə-tərəvəzlər və onların emal məhsulları üçün şirin desert məhsullar kimi orqanoleptik qiymətləndirmə vacibdir. Dequstasiyada qeyri-kafi qiymət alan nümunələr analitik təhlillərə verilmir.