Xarici görünüşü (Şəkil 2.20)
5 bal – meyvə və giləmeyvə çox qəşəngdir, ölçüləri eynidir, düzgün formalıdır, istehlak üçün yetişmiş formadadır, deformasiya olunmamışdır və parlaq səthə malikdir.
4 bal – meyvə və giləmeyvə qəşəngdir və ölçüləri, demək olar ki, eynidir. Müxtəlif ölçülü meyvələrin olmasına 10%-ə qədər, giləmeyvələrə 15%-ə qədər icazə verilir6. Gavalı, ərik və şaftalıda qabıqda 15%-ə qədər xırda çapıqlara icazə verilir.
3 bal – meyvə və giləmeyvə az cəlbedicidir və yetişmə dərəcəsinə və ölçülərinə görə fərqlənmələr çoxdur. Ölçüləri müxtəlif olan meyvələr 15%-dən çox olmamalı, giləmeyvələr isə 20%-dən çox olmamalıdır.
2 bal – meyvə və giləmeyvələr cəlbedici deyil, əksəriyyəti xırda və deformasiya olunmuşdur və müxtəlif yetişmə dərəcəsindədir.
1 bal – meyvə və giləmeyvə heç cəlbedici deyil, çox xırdadır, deformasiya olunmuşdur və əzik çoxdur.
a) Yetişmiş kivi meyvələri;
b) Kivi yarıya bölünür; c) Kivi ortası boyunca kəsilir; |
d) Yetişmiş xurma;
e) Xurma eni boyunca iki hissəyə bölünmüş və çoxüzlü; f) Xurma uzununa dilimlənmişdir. |