Tərəvəzlərlə hazırlanan müxtəlif yemək reseptləri mövcuddur və hazırlanma metodunun seçilməsi, şübhəsiz ki, fərdi zövqdən asılıdır (Şəkil 2.12). Onu da unutmamaq lazımdır ki, faydalı yemək həm də ləzzətli olmalıdır.
Orqanoleptik göstəricilərin təyini
Orqanoleptik üsulla meyvə-giləmeyvə şirniyyatının xarici görünüşü, dadı, iyi, rəngi və konsistensiyası müəyyən edilir.
Mürəbbənin xarici görünüşü yoxlanılarkən onun meyvəsinin bircinsli olmasına fikir verilir. Şərbətin şəffaflığı və onun daxilində olan asılı hissəciklərin olmasını yoxlamaq üçün şərbət süzülür və açıq şüşədən stəkanda gündüz işığında nəzərdən keçirilir. Bütün məmulat növləri üçün xarlama və qıcqırma əlamətlərinin olması müəyyən edilməlidir (Şəkil 2.13).
Povidlonu yoxlayarkən onun eynicinsli olması və əzilməmiş hissə, tum və qabıq hissəsinin olub-olmamasına fikir vermək lazımdır.
|
Şəkil 2.12. Pomidor ilə bişirilmiş balqabaq spagetti
Şəkil 2.13. Qıcqırmış mürəbbə
|