Yerkökü
Yerkökü həm ürək və göz, həm də dəri sağlamlığı üçün faydalıdır. Yerkökünün tərkibində
beta-karotin (A vitamini) çoxdur. Həmçinin, yerkökünün tərkibində E, K, C vitamini və B
qrupu vitaminləri (В3 və В6) vardır. Hazırlanma prosesində yerkökünün tərkibindəki C və B3
vitamini azalsa da, buxarda bişirilmiş yerkökünün tərkibindəki beta-karotin orqanizmdə daha
yaxşı həzm olunur (Şəkil 2.9).
Kartof və çuğundur
Kartof və çuğundurun közləmə şəklində yeyilməsi tövsiyə olunur. Qaynadılan zaman bu
tərəvəzlər çox vitamin itirsə də, közləmə və sobada bişirilən zaman faydası daha çox artır
(Şəkil 2.10 və Şəkil 2.11).
|
Şəkil 2.9. Buxarda bişirilmiş yerkökü
Şəkil 2.10. Sobada kartofun bişirilməsi
Şəkil 2.11. Sobada çuğundurun bişirilməsi
|