Tərkibində karotin olan tərəvəzləri bir az yağ qatıb bişirmək lazımdır (məsələn, zeytun yağı)
(Şəkil 2.3). Meyvəköklülər və paxlalar ağzı örtülü və kələm fəsiləsindən olan tərəvəzlər
əvvəl açıq tavada, bir neçə dəqiqədən sonra isə ağzı örtülü bişirilməlidir.
Tərəvəzlərin bişirilməsi zamanı aşağıda göstərilən qaydalara riayət etmək vacibdir:
- Bişirmə vaxtını minimuma endirmək lazımdır. Tərəvəzlər yumşalana qədər yüksək
temperaturda bişirilməlidir;
- Salatlar üçün tərəvəzlər qabığı ilə bişirilməlidir, onlar soyulmamışdan əvvəl
soyudulmalıdır;
- Çiy tərəvəzlərdən hazırlanan salatlar son anda süfrəyə verilməzdən əvvəl
hazırlanmalıdır;
- Doğranmış tərəvəzlərin hər bir porsiyası yağ və ya sous ilə qarışdırılmır;
- Süfrəyə verilməmişdən əvvəl tərəvəzlərdən hazırlanmış xörəklərə ədviyyat və otlar əlavə
edilməlidir. Əgər ədviyyatların inqrediyentləri təzədirsə, onlar yeməyə əlavə edilməzdən
əvvəl xırda-xırda doğranılmalıdır (Şəkil 2.4).
A, D, K və E kimi vitaminlər istiliyə davamlıdır. Digər vitaminlər – B və C vitamini isə
bişən zaman qismən dağılır.
|
Şəkil 2.3. Tərəvəzlərə yağ qatıb bişirilməsi
Şəkil 2.4. Tərəvəzlərin xırda-xırda doğranılması
|