TƏLİM NƏTİCƏSİ 2: YEMƏK NÖVÜNƏ UYĞUN TƏRƏVƏZLƏRİ HAZIRLAYIR
2.1. Meyvə-tərəvəzlərin ilkin hazırlıq mərhələsini nümayiş etdirir
Meyvə və tərəvəz sağlam qidalanmanın təməl daşıdır. Tərəvəz yeməklərinin cəlbedici
olmasından əvvəl onların dadı, qoxusu, görünüşü və süfrəyə verilmə metodları daha vacibidir
(Şəkil 2.1).
Şəkil 2.1. Tərəvəzlərin süfrəyə verilməsi
Gündə 5 dəfə tərəvəz və meyvə yemək qaydasını yadda saxlamaqla yanaşı, eyni zamanda aşağıdakı prinsiplərə
riayət etmək vacibdir:
Təzə tərəvəzləri alanda çalışıb düzgün yetişdirilmiş, yəni möhkəm və dəymiş olanları seçmək
lazımdır. Dondurulmuş tərəvəzləri aldıqda isə fikir vermək lazımdir ki, onlar tamamilə dondurulmuş,
quru və bir-birinə yapışmamış olsun;
Tərəvəzlər yuyulur və qabığı nazik şəkildə soyulur. Çünki qidalandırıcı maddələrin əksəriyyəti elə
məhz qabığın altında olur;
Qabıq soyulandan sonra tərəvəzlər dərhal təmiz suda yaxalanır, lakin isladılmır, çünki islatma
tərəvəzlərin tərkibində olan qiymətli qidalandırıcı maddələr (B və C qrup vitaminləri suda həll
olunur) və mineralları dağıdır;
Yarpaqlı tərəvəzlər ehmalca yuyulur, yarpaqları ayrılır və suyu dəyişdirilir. Tərəvəzlər və onların
yarpaqları zədələnmədən suyu boşaldılır;
Yuyulmuş, soyulmuş və ya doğranmış tərəvəzləri qaynar duzlu su və ya buxarda dərhal bişirirlər.
Tərəvəzləri bişirmək üçün onların üzərinə soyuq su əlavə etmək düzgün deyil (Şəkil 2.2).