7. Qida məhsullarının istehsalında hansı göstəricilər əsas hesab edilir?
A) Tullantısız istehsal;
B) Məhsuldarlıq;
C) Təkmilləşdirmə üsulları;
D) Məhsulun keyfiyyəti.
8. Keyfiyyətli məhsulun alınması üçün nə lazımdır?
A) Texnoloji avadanlıq;
B) Anbar binaları;
C) Keyfiyyətli xammal;
D) Daşıma və qablaşdırma.
2. Düzgün və ya səhv cavabları seçmək
Aşağıdakı cümlələrin əvvəlində göstərilən boşluqda düzgün (+) və ya səhv (-) olduğunu işarə edin.
- [ ] Reseptə uyğun inqrediyentlərin siyahısı yazılan zaman tərkibi azalan qaydada (çəkiyə görə) göstərilməlidir.
- [ ] Hazır qida məhsullarının hazırlanması və saxlanılması üçün alüminium qablardan istifadə edilməlidir.
- [ ] Qida qalıqları mexaniki üsulla təmizləndikdən sonra yemək qabları birinci vannada temperaturu 40°C-dən aşağı olmayan və yuyucu vasitələr əlavə edilmiş isti suda yuyulur.
3. Aşağıdakı cümlələri oxuyun və boşluqlara uyğun gələn sözləri daxil edin.
- Ətin kateqoriyasını əks etdirən möhürün olması ona görə yoxlanmalıdır ki, ................... miqdarını düzgün müəyyənləşdirmək mümkün olsun.
- Təmizlənmiş ət 1,5-2,5 kq. çəkidə iri tikələr şəklində, habelə 1-3 tikədən ibarət ................. qramlıq paylar və xırda tikələr şəklində isti emala verilir.