Bol yağ içində bişirilən (fri) balıq xörəyi üçün hazırlanmış bütöv şəkildə navaha, koryuşka, salaka, kilkə, mərsin balığı və xəmsə, habelə dərisi soyulmuş, həm də qabırğa və onurğa sümükləri çıxarılmış suf, naqqa, treska, nərə, ağ balıq və uzunburun balıq cinslərindən doğranmış paylıq tikələr tətbiq edilir (Şəkil 1.94).
Bütöv balıq və doğranmış paylıq tikələrə burada duz səpilir, sonra bunlar un içində urvalanır, lyezonda isladılır və təkrar döyülmüş suxarıda (ağ urvada) urvalanıb bol yağ içində qızardılmağa verilir (Şəkil 1.95).