Santimetrli lent-rezinləşdirilmiş yumşaq parça üzərində santimetr və millimetr ölçüləri yazılmış nazik lentdir.Bədənin ölçüləri, geyim hissələrinin uzunluğu, eni və başqa ölçüləri onunla müəyyənləşdirilir.
Tabaşirtikiş sənayesi üçün yastı tavacıqlar şəklində müxtəlif rənglərdə hazırlanır.Tabaşirin kənarları nazik yonulur.Onunla işlədikdə xətti əl ilə elə çəkmək lazımdır ki, tabaşir tavacığı materiala perpendikulyar vəziyyətdə dursun.
Bütün parçalara tabaşirlə xətt çəkmək olmaz.Bəzi parçalarda, məsələn, ipək və sintetik parçalarda tabaşirin izi qalır ki, sonralar çətin təmizlənir.Belə parçalara xətt çəkmək üçün qurudulmuş sabundan istifadə edilməsi məsləhətdir. Sabun parçadan asanlıqla təmizlənir.
Maneken həm hazırlanma prosesi zamanı məmulatın düzgünlüyünü, həm də hazırlanmış vəziyyətdə yoxlanılması üçündür.Məsələn, maneken üzərində məmulatın yan və çiyin tikişlərinin vəziyyətini, yaxalığın boyun yerinə, qolların qol yerinə və s. köklənməsini yoxlayırlar.Manekendən rahat istifadə edilməsi üçün onu altlıq üzərində elə bərkidirlər ki, istənilən səmtə asanlıqla çevirmək və qaldırmaq olsun.
Ülgülər məmulatın kartondan yaxud digər materiallardan kəsilmiş ayrı-ayrı hissələrindən ibarətdir.Ülgülər ülgü-etalon, işlək və köməkçi növlərə ayrılır.
Ülgü-etalonlardan parça üzərində məmulat hissələrinin konturlarının çəkilməsi üçün istifadə edilmir.Onlar kütləvi istehsalatda lazım olan ülgülər dəstinin hazırlanması və yoxlanması üçündür.İşlək ülgülər vasitəsilə parça üzərində geyim hissələrinin konturlarını çəkir, məmulat hissələrinin düzgün birləşdirilməsi üçün nəzarət çərtiklərini köçürürlər.Köməkçi ülgülərdən istifadə etməklə tikiş sexlərində yığmaları, ilgəkləri, düymə yerlərini, habelə bortların, yaxalıqların künclərini tabaşırlə nişanlayırlar.
Şəkil 1.6 Tikiş alətləri