Bu zaman konstruksiya hesablamaları aparılır ki, bu da “Geyimin konstruksiyası” kitablarında ətraflı izah olunur. Beləliklə, baza konstruksiyası alınır ki, buna əsaslanaraq müxtəlif modelləşdirmə əməliyyatları aparmaq olar.
Məsələn, 4.22-ci şəkildə göstərilən modeldə qarsaqlar ümumiyyətlə ləğv olunub, trapes şəkilli ön və arxa hissələri yan tikişlərlə bərkidilən modellər alınır. Bu qayda ilə konus şəklində olan dörd hissəli, altı hissəli ətəyi də modelləşdirmək olar.
Modellərə daha maraqlı görkəm vermək üçün koketkalardan, qatlamalardan, kəsiklərdən və s. istifadə olunur. Məsələn: Şəkildə eyni əsaslı koketkalı ətəkliyin modelləşdirmə üsulu (Şəkil 4.23)
Düz və trapes şəkilli ətəklərdən başqa geniş yayılmış modellərdən biri də “Günəş şəkilli” (klyoş) ətəklərdir. Bu modellər adətən parçaların çəpinə kəsilməsi vasitəsi ilə alınır. (Şəkil 4.23)
Düz ətəklərin baza əsasından fərqli olaraq kvadrat şəklində materialda küncə çəkilmiş diaqonal üzərində qeyd olunur.
Yalnız burada iki ölçü-bel ölçüsü və uzunluq götürülür. Çəpinə kəsilmiş ətəyin ətək hissəsi klyoş olduğu üçün ətəyin çanaq hissəsində sərbəst oturur.
Şəkil 4.23 Ətəyin müxtəlif modelləşdirilməsi
• Qadın şalvarlarının modelləşdirmə üsulları
Şalvar gündəlik həyatda, idmanda, iş vaxtı hətta qeyri-adi günlərdə də istifadə olunan geyimdir. Şalvarlar öz funksionallığına görə qısa və uzun ola bilər. Şalvar konstruksiyası cizgilərini qurmaq üçün şalvarın uzunluğu beldən dizə qədər ölçülür.Bel və çanaq ölçülərini göstərmək lazımdır. Şalvarın konstruksiyası “Geyim konstruksiyası” kitablarında daha izahlı şəkildə göstərilir. Şalvarları modelləşdirərkən dəbdən asılı olaraq, enli balaqlı, darbalaqlı, beldən aşağı klyoş, kaprilər, bridjilər, şortlar və s. bütün bunların konstruksiya cizgiləri eyni əsasla qurulur.