Burada, Yqol yer - qol yerinin uzunluğu (bizim nümunədə əvvəlcədən hesablanmışdır - 47, 5 sm); Eqol yer — qol yerinin eni (13, 9 sm); ∆ℓ - çertyojdan götürülür və hesablanır. Ümumiyyətlə, bütün ölçülər üçün qol yerinin dərinliyi (təcrübədə) qoldibi xəttindən 2, 5-3 sm aşağı götürülür. Q5 nöqtəsindən sağa üfüqi xətt çəkək və B3 nöqtəsindən çəkilmiş şaquli xətti kəsən yerə Q6 nöqtəsi qeyd edək. Q5Q6 qol yerinin dərinlik xətti olacaqdır.
Arxa və qabaq hissələrin qol yeri xəttini tərtib etmək üçün köməkçi nöqtələri müəyyən edək. Qol yerində Q13 nöqtəsini tapaq:
Q5Q13 = 0, 5 Eqol yer + 1 = 0, 5 • 13, 9 + 1 = 8 sm
Q5 nöqtəsindəki bucağın tənbölən köməkçi xəttinin uzunluğunu Q51 tapaq:
Q51 = 0, 15 Eqol yer + 1, 5 = 0, 15 • 13, 9 + 1, 5= 3, 6 sm
Q6 nöqtəsindəki bucağının tənbölən köməkçi xəttin uzunluğunu Q62 tapaq:
Q62 = 0, 15 Eqol yer = 0, 15 • 13, 9 = 2, 1 sm
Q6 nöqtəsindən yuxarı şaquli xətlə qabaq hissənin qol yeri xəttinə toxunan Ç7 nöqtəsini tapaq:
Q6Ç7 = 5, 5-6 sm
Qabaq hissənin qol yerindəki Ç4 və Ç7 nöqtələrini düz xətlə birləşdirək və həmin xətti yarıya bölüb ortasından 3 nöqtəsi qeyd edək. Ondan sağa Ç7Ç4 xəttinə 0, 5-0, 8 sm uzunluğunda perpendikulyar endirib 4 nöqtəsini qoyaq. Nəticədə ÇÇ51Q132Ç74Ç4 nöqtələrini lazımi əyrilik verməklə birləşdirsək, qabaq və arxa hissələrin qol yeri xəttini alarıq.
Bundan sonra qol yerinin həqiqi uzunluğu ölçülür. Bu, hesablama yolu ilə alınan uzunluqla müqayisə olunur. Fərq 0, 5 sm-dən çox və ya az ola bilər.
Yan xətti müəyyən edək. Bunun üçün qol yerində yan kəsiyin təpə Q11 nöqtəsini müəyyənləşdirək. Q5 nöqtəsindən sağa 4 sm ölçüb Q11 nöqtəsini qoyaq. Q11 nöqtəsindən aşağı şaquli xətt çəkək və ətək xəttinə qədər uzadıb Ə2 nöqtəsini, omba xəttini kəsən yerə O1 nöqtəsini qeyd edək.
Arxa hissənin omba xəttindəki eni bel xəttindəki en qədər götürülür. Ə nöqtəsindən sola 5 sm ölçüb Ə1 nöqtəsini qoyaq. Ə1 və BM nöqtələrini düz xətlə birləşdirsək, onda AMB və Ə1 nöqtələri arxa orta xətt olacaqdır. Bu halda, əriş sapı BƏ xəttindən keçməlidir. Qabaq hissənin omba xəttindəki eni:
O2O6 = (Y0 + ƏPc) - OO1 = (58 + 5) - 24, 8 = 38, 2 sm
Q11 və O6 nöqtələrini düz xətlə birləşdirək. Q11O6 xətti qabaq hissənin yan kəsiyinin yönəlişi olur. Bel xəttində qarsağın ağzı
∑ X = (BB9 + B8B1) — (Ybel + ƏPbel)
BB9 və B8B1 ölçüləri çertyojdan götürülür. Qarsaq ağzı ölçülərinin cəmi arxa və qabaq hissədə paylanır. Arxa hissənin bel xəttində qarsağın yeri aşağıdakı kimi müəyyən edilir:
BB13 = 0, 4 Aa
Modeldən asılı olaraq qarsağın yeri dəyişə bilər. Arxa hissənin bel xəttindəki qarsaq ağzı bütün qarsaqların ağız ölçüləri cəminin 0, 15 hissəsi qədər götürülür, yəni 0, 15 ∑X.
Qarsağın ağzı B13 nöqtəsindən sağa və sola eyni ölçüdə simmetrik qoyulur. B13 nöqtəsindən aşağı və yuxarı şaquli qarsağın ox xətti çəkilir. Qarsağın uzunluğu modelə müvafiq olaraq müəyyən edilir. Bel xəttində arxa və qabaq hissənin yan kəsiyindəki çökəklik isə belə tapılır:
B8B9 = 0, 2 ∑ X
Q11 nöqtəsindən çəkilmiş şaquli xəttin bel xəttini kəsən nöqtəsindən sağa və sola alınmış ölçünün yarısı qədər ölçüb B8 və B9 nöqtəsini qeyd edək. Ətək xəttində arxa hissəni Ə2 nöqtəsindən sağ tərəfə 5 sm uzadıb Ə9 nöqtəsini qoyaq. Bel xəttində B9 və Ə9 nöqtələrini birləşdirək. Q11Q9Ə9 arxa hissənin yan kəsiyi olacaqdır. Qabaq hissənin bel xəttində, B1 nöqtəsindən 2 sm aşağı enib B04 nöqtəsini qoyaq. B04 nöqtəsini B8 nöqtəsi ilə düz xətlə birləşdirək. Qabaq qarsaq üçün B04B6 = 8, 5 sm, qarsağın ağzı 0, 2 ∑ X qədər götürülür.
Cibin yerini müəyyən etmək üçün B04 nöqtəsindən aşağı 7, 5 sm ölçüb, C nöqtəsini qoyaq. C nöqtəsindən sağa, gərdən xəttinə 22 sm uzunluğunda perpendikulyar endirib xəttin ucunu C1 nöqtəsi adlandıraq. C1 və m1 nöqtələrini düz xətlə birləşdirək.
m1 B04 = 8, 5 sm