Sonra A4 nöqtəsindən A3 və A5 nöqtələrinə A4A5 radiusunda qövs çəkək. Alınan A3A5 xətti qabaq hissənin boyun yeri xətti olacaq. Qabaq hissənin çiyin kəsiyini müəyyən etmək üçün A3 nöqtəsindən gərdən xəttinə paralel çəkilmiş xətti B6D1A31 uzunluğunda qövslə kəsib A31 nöqtəsini alaq:
B6D1A31 = Yq boy bel + ƏPq bu + ƏA = 43, 9 + 0, 2 + 0, 9 = 45 sm
Bundan sonra A31 nöqtəsindən aşağıya, şaquli xətt boyu A30 nöqtəsini tapaq:
A31A30=(Hboy özül n -Hçiy)+(ƏPq bu -ƏPçiy)-1, 5 =(140, 4-135, 3)+(0, 2-0, 15)-1, 5= 3, 7 sm
1, 5 sm qabaq hissədəki çiyin xəttinin (modeldən asılı olaraq) arxa tərəfə ötməsinə görə verilir. A30 nöqtəsindən sola, arxa hissəyə tərəf üfüqi xətt çəkək. A31 nöqtəsindən həmin xəttə çiyin maillik xətti olan A3Ç3 ölçüsündə çiyin qövs xətti (A3Ç3 = 13, 5 sm) çəkək. Qövsün kəsdiyi yerə Ç3 nöqtəsini qoyaq.
A3 və Ç3 nöqtələrini düz xətlə birləşdirək. A3Ç3 xətti qabaq hissənin döş qarsağının qapalı vəziyyətindəki çiyin xətti (kəsiyi) olacaqdır.
A3 nöqtəsindən sola çiyin xəttində A3A6 uzunluğunda, yəni hazır halda çiyin xətti A3Ç3 eninin 1/4 - 1/3 hissəsi qədər ölçüb A6 nöqtəsini qoyaq:
A3A6 = (1/4 - 1/3) A3Ç3 = 1/4 • 13, 5 = 3, 4 sm
A6 və D1 nöqtələrini düz xətlə birləşdirsək, döş qarsağının sağ tərəfi alınar.
Qarsaq ağzının ölçüsünü müəyyən etmək üçün D1 nöqtəsindən yuxarı D1A6 düz xətt üzərində D1D2 kəsiyi qədər ölçüb D2 nöqtəsini nişanlayaq:
D1D2 = Hd - Hqol yer
D1 nöqtəsindən D1D2 radiusunda (D2 nöqtəsindən sola) qövs çəkək və döş qarsaqağzının ölçüsünü müəyyən edib D21 nöqtəsini alaq:
D2D21 = (Yköks2 - Yköks1) - 0, 5 = (56, 2 - 50, 3) - 0, 5 = 5, 4 sm
D1D21 nöqtələrini düz xətlə birləşdirək. Qarsağın sağ və sol tərəflərini bərabərləşdirək. Bu halda, D1 nöqtəsindən D1A6 radiusunda (A6 nöqtəsindən sola) qövs çəkək və onun D1D21 düz xəttini kəsən yerə A7 nöqtəsi deyək.
Qarsağın açıq vəziyyətində qabaq hissənin çiyin nöqtəsini tapaq. Bunun üçün A7 nöqtəsindən A6A3 radiusunda qövs çəkək. Həmin qövsü kəsmək üçün D1 nöqtəsindən D1Ç3 radiusunda ikinci qövsü çəkək, sonra onların kəsişən hissəsinə Ç4 nöqtəsini qoyaq. Bu, çiyin kəsiyinin axırıncı nöqtəsi olacaqdır. Ç4 və A7 nöqtələrini birləşdirdikdə çiyin xətti alınır.
Arxa hissənin çiyin nöqtəsini müəyyən etmək istədikdə B1M xəttini uzadıb köməkçi Ç0 nöqtəsinin yeri tapılmalıdır:
B1Ç0 =(Hboy n - Hbel) +ƏPa bu -1, 5+ƏA =(141, 5-103, 7)+0, 2-1, 5 + 0, 6 =39, 1 sm
Bundan sonra Ç0 nöqtəsindən sağa MB xəttinə perpendikulyar endirək. A2 nöqtəsindən A3Ç3 radiusunda (qabaq hissənin çiyin kəsiyinin uzunluğu çertyojdan götürülür) Ç0 nöqtəsindən çıxan perpendikulyar xətti qövslə kəsək və həmin yeri Ç nöqtəsi adlandıraq. A2 və Ç nöqtələrini birləşdirsək, arxa hissənin çiyin kəsiyini alarıq.
Adamın duruşundan və parçadan asılı olaraq geyimin kürəyə yaxşı yatmasını təmin etmək məqsədilə (lazımi forma və qabarıqlıq almaq üçün çiyin xəttində ütüləmə və ya qarsaq vasitəsilə ÇÇ1 kəsiyi qədər yığma aparılır. Ütüləməklə ÇÇ1 = 0, 7-1, 2 sm, qarsaqda isə ÇÇ1 = 2-3, 5 sm-ə qədər yığma nəzərdə tutulur. Ç nöqtəsindən sağa, çiyin xəttini (çiyinin enini) ütüləmə və ya qarsaqla yığmanın miqdarı qədər artırıb Ç1 nöqtəsini qoyaq. Əgər donda çiyinlik nəzərdə tutulmuşdursa, onda çiyin kəsiyi çiyinliyin qalınlığı qədər qaldırılır.
Qol yerini tərtib etmək üçün qol yerinin dərinlik xəttini müəyyən edək. B2 nöqtəsindən yuxarıya xətt boyu 25-30 sm ölçüb köməkçi Ç5 nöqtəsini qoyaq və ondan sağa üfüqi xətt çəkək. Xəttin B3 nöqtəsindən yuxarıya qaldırılan xətti kəsdiyi yerə Ç6 nöqtəsi deyək.
Ç5 və Ç1, eləcə də Ç4 və Ç6 nöqtələri arasındakı düz xəttə lazımi əyrilik verək. Ç1Ç5 və Ç4P6 kəsikləri arasındakı uzunluğu çertyojdan ölçüb qol yerinin dərinliyini ∆ℓ müəyyənləşdirək:
∆ℓ = 0, 5 Ç1Ç5 - Ç4Ç6
İndi isə qol yerinin dərinliyini müəyyən edək:
Ç1Ç5Q5 = 0, 56 Yqol yer — 0, 5 Eqol yer + ∆ℓ = 0, 56 • 47, 5 - 0, 5 • 13, 9 + 2 = 20, 6 sm