Əvvəlcədən hesabladığımız ölçülərə əsasən arxa və qabaq hissələrin enini müəyyən edək. B nöqtəsindən sağa 20, 8 sm ölçüb B2 nöqtəsini qoysaq, arxa hissənin eni alınacaq: BB2 = 20, 8 sm.
Qabaq hissənin enini tapmaq üçün əvvəlcə qoltuqaltı səviyyəsində donun eni müəyyən edilməlidir, yəni:
Em qolt.səv = Yköks3 + ƏP sərbəst + ƏAq = 54 + 5 + 0, 3 + 0, 5 = 59, 8 sm
B nöqtəsindən çıxan üfüqi xəttin üstündə məmulatın enini ölçüb B1 nöqtəsini qoyaq, ondan sola B1B3 = 25, 4 sm ölçüb B3 nöqtəsini nişanlayaq. Bu, qabaq hissənin döş xətti səviyyəsindəki eni olacaqdır.
Qol yerinin enini tapmaq üçün B nöqtəsindən çəkilmiş üfüqi xətt üzərindəki B2 nöqtəsindən sağa B2B3 və B1 nöqtələrindən keçən xətləri yuxarı və aşağıya doğru uzadaq. A0 nöqtəsindən aşağı şaquli kürəyin maillik xəttinin başlanğıcını müəyyən edib M nöqtəsini qoyaq:
AoM = 0, 3 Ya bel = 0, 3 • 40, 6 = 12, 2 sm
A0 müstəvisində arxa hissənin orta xəttini və kürəyin mailliyini müəyyən edək:
A0A01 = Kd — Belçi - 1 = 6, 5 - 4, 8 - 1 = 0, 7 sm
A01 və M nöqtələrini birləşdirək. Arxa hissənin boyun xəttini A01A02 qədər qaldıraq:
A01A (A02A, A0A) = ƏPah boy = 0, 7 sm
Arxa hissənin orta xəttini müəyyən etdikdən sonra məmulatın uzunluğunu ölçək, AMBO xəttini 108 sm uzadaq və Ə nöqtəsini qeyd edək. Ə nöqtəsindən sağa üfüqi xətt çəkək, bu, donun ətək xətti olacaq. Ətəyin qatlanma və tikiş payından başqa, parçanın qısalmasını nəzərə alıb məmulatın uzunluğuna həmin uzunluğun 1, 5%-i qədər əlavə edək. B2 nöqtəsindən yuxarı, A0 xəttini kəsənə qədər şaquli xətt qaldırıb a nöqtəsini alaq.
Arxa hissənin boyun yerini tərtib edək. Boyun yerinin enini tapmaq üçün A nöqtəsindən sağa AA1 = 7, 2 sm uzunluğunda üfüqi xətt çəkib A1 nöqtəsini nişanlayaq.
Kürəkdə boyun yerinin hündürlüyünü, yəni, A1A2 kəsiyi üçün A1 nöqtəsindən A1A2 = 2, 9 sm uzunluğunda şaquli xətt çəkib A2 nöqtəsini qoyaq. AA2 nöqtələrini əyri xətlə birləşdirək. Bu, arxa hissənin boyun kəsiyi olacaqdır.
Bel yeri xəttində döşün mərkəz səviyyəsini B1B6 müəyyən edək. B1B6 = Md = 11, 1 sm ölçüb B6 nöqtəsi adlandıraq.
Gərdən xəttində döşün mərkəz səviyyəsini (B1D kəsiyini) müəyyən edək:
B1D = (Yq bel - Hd) + 0, 5 ƏPq bel + ƏA = (54, 9 - 38, 4) + 0, 5 • 0, 2 + 0, 33 = 16, 9 sm
Donun qabağı bağlı olanda ƏPq bel əlavə pay 0, 2 sm, düymələnən olduqda isə 0, 4 sm qəbul edilir. ƏA bel xəttindən döşün mərkəz səviyyəsinə qədər olan məsafənin 2%-i qədər artırılır, yəni
54, 9 - 38, 4 = 16, 5 x 2 : 100 = 0, 33 sm
D nöqtəsindən sola üfüqi xətt çəkib üstündə döşün mərkəz nöqtəsini D1 müəyyən edək:
DD1 = Mdöş = 11, 1 sm
Qabaq hissədə boyun yerinin zirvəsini müəyyən edək. Arxa hissədəki boyun yerinin eni AA1 ölçüsündə gərdən xəttinin yuxarı hissəsində ona paralel A3A30 şaquli düz xəttini çəkək. Sonra həmin xəttin üzərində qabaq hissədəki boyun yerinin zirvə nöqtəsini A3 nişanlayaq. Bunun üçün B6 nöqtəsindən B6D1A3 radiusunda A3A30 xəttinə qövs çəkib A3 nöqtəsini qoyaq. Bu, qabaq hissədəki boyun yerinin zirvəsi olacaqdır:
B6D1A3 = Yq b1 + [Ya boy b1 - (Yab1h - ƏPa bu - ƏAa)] + ƏPq bu + ƏAq = 45, 5 + (43, 9 - (43, 5 - 0, 2 - 0, 8) + 0, 2 + 0, 9) = 47, 0 sm
Yab1h - arxa hissənin boyun özül nöqtəsindən bel xəttinə qədər olan həqiqi məsafə çertyojdan götürülür. Arxa hissənin boyun yeri zirvəsindən A2 onun orta xəttinə paralel olaraq bel xəttinə (B) qədər ölçülür. Bu məsafə boyun yerinin eni qədər arxa hissənin orta xəttinə paralel götürülür. Beləliklə, Ya boy bel h - həqiqi ölçüsü alınır.
A3 nöqtəsindən sağa düz xətt çəkib gərdən xəttini kəsək və həmin yeri A4 nöqtəsi adlandıraq. Qabaq hissədə boyun yerinin dərinliyini (A4A5) tapaq:
A4A5 = 0, 45 Yboy = 0, 45 • 19, 5 = 9, 1 sm