Arxa hissənin eni aşağıdakı kimi hesablanır:
Ea = Ek + ƏP sərbəst : 3 = 19, 3 + 1, 66 = 21 sm
və ya belə hesablanır:
Ea = Ek + 0, 3 ƏP sərbəst = 19, 3 + 1, 5 = 20, 8 sm
Döş xəttində qabaq hissənin eni:
Eqabaq = Esinə + (Yköks2 — Yköks1) + 0, 2 ƏP sərbəst = 18, 5 + (56, 2 — 50, 6) + 0, 2 • 5 = 25, 4 sm
Qol dairəsinin hündürlüyü:
Hqd = Hq yeri • (1+ H) + 0, 2 ƏPqdh = 13, 5 + (1 + 0, 08) = 14, 6 sm
108-120 ölçülü geyim üçün qolun enini tapaq:
Eqol = 1, 25Dq + ƏPqd - 9 = 1, 25 • 34, 2 + 6 - 9 = 39, 8 sm
Qol yerinin eni belə tapılır:
Eq yeri = B2B3 = Yköks3 : 4 + ƏPqy = 54 : 4 + 0, 7 = 14, 2 sm
Qol yerinin hündürlüyü:
Hq yeri = Yköks3 : 4 = 54 : 4 = 13, 5 sm
Çiyinin hündürlüyü:
Hçiy = Yköks1 : 8 = 50, 6 : 8 = 6, 3 sm
Boyun yarımdairəsini hesablayaq:
Yboy = Yköks1 : 3 + 3 = 50, 6 : 3 + 3 = 19, 8 sm
Arxa hissədə boyun yerinin eni AA1
AA1 = Yboyun : 3 + 1 = 19, 6 : 3 + 1 = 7, 5 sm
Arxa hissədə boyun yerinin hündürlüyü AA2
A1A2 = AA1 : 3 = 7, 5 : 3 = 2, 5 sm
Arxa hissədə bel xəttinə qədər uzunluğu tapaq:
Ya bel = boy : 4 = 164 : 4 = 41 sm (fərq 0, 4 sm)
Qabaqdan bel xəttinə qədər olan uzunluq fərdi qaydada ölçülür. Bel yarımdairəsi:
Ybel = Yköks1 - 6 = 50, 6 - 6 = 44, 6 sm
Cədvəl 6-da da ölçü 44, 6 sm göstərilmişdir. Omba yarımdairəsi:
Yom = Yköks1 + 8 = 50, 6 + 8 = 58, 6 sm
Biz metodika ilə ülgü çertyojunun hesablanmasını aparmışıq. Bu hesablamadan belə nəticəyə gəlmək olar ki, metodika ilə mütənasiblik üsulu əsasında hesablanmanın fərqi fərdi biçim üçün o qədər də çox deyildir. Çünki fərdi biçimdə məmulatın bədənə uyğunlaşdırılması zamanı bu fərqlər nəzərə alınmaya bilər. Ona görə ki, əlavə pay və tikiş payı fərdi tikişdə çox verilir. Uyğunlaşdırmada bu çatışmazlıqları aradan qaldırmaq mümkündür. Aldığımız ölçü göstəricilərinin köməyi ilə 4.18-ci şəkildə göstərilən donun ülgü çertyojunu quraq.
Kağız vərəqin sol kənarından 5-6 sm aralı A0 nöqtəsi qoyub, üfüqi və şaquli olmaqla iki düz xətt çəksək, bu, boyun xətti olacaqdır. A0 nöqtəsindən aşağı, şaquli xətt boyu (yeddinci fəqərə sümüyündən) bel xəttinə qədər olan məsafəni ölçüb (AB = 40, 6 sm) B nöqtəsini qeyd edək. Bu nöqtədən sağa üfüqi xətt çəkək. Bu bel xətti olacaqdır.
Omba xəttini müəyyən etməkdən ötrü boyun xəttindən
BO = 0, 5 AB = 0, 5 Ya bel = 40, 6 • 0, 5 = 20, 3 sm
bel xəttinə qədər olan məsafəni tən bölüb B nöqtəsindən keçən şaquli xətt üzərində BO = 20, 3 sm ölçüb O nöqtəsindən tapaq. O nöqtəsindən sağa çəkilən üfüqi xətt omba xətti olacaqdır.