Boyun yeri kəsiyi isə belə qurulur: A5 nöqtəsindən aşağı 2, 5-3 sm ölçüb A7 nöqtəsini qoyaq. Onu düz xətlə A3 nöqtəsinə birləşdirək. Sonra A7 nöqtəsindən A8Ə6 xəttinə perpendikulyar endirək və onların kəsişən hissəsinə A9 nöqtəsi deyək.
Qabaq tərəfin ətək hissəsi bel xəttindən aşağı endirilmişdir.
Qolun ülgü çertyoju əsas ülgü çertyoju üzrə qurulur. Qol aşağıdan bir qədər ensizləşdirilmişdir. Qolun eni ağız hissəsində adi qollara nisbətən 10-12 sm azdır.
Qol ağzına 4-5 sm qatlanma payı verilir.
Yaxalığın ülgü çertyojunu 4.17-ci Şəkildə göstərilən yaxalıq kimi qurmaq lazımdır.
Şəkil 4.16 a-da göstərilən don birbortlu, uzun qolludur. Donun düzbucaqlı formasında böyük üst cibləri və boyundan aralı duran yaxalığı vardır. Düymələnən hissə və kəməri maşınla 1 sm enində baxyalanmış, yaxasına böyük diametrli düymələr tikilmişdir. Donun arxa hissəsinin ülgü çertyoju 4.2-ci Şəkildəki kimi qurulur.
Şəkil 4.16 Birbortlu uzunqollu don a, b.