• Paltarların modelləşdirilməsi
Paltarların modelləşdirilməsi sadə biçimli köynəklərdə olduğu kimi baza əsaslı konstruksiyaya görə aparılır. Paltarın lif hissəsi qurulur, sonra alt hissə ətək və şalvarların baza konstruksiyasında olduğu kimi qurularaq birləşdirilir.
• Qadınlar üçün müxtəlif formalı yüngül geyimlərin ülgü çertyojlarının qurulması
Qadınlar üçün yüngül geyimlər formasına və biçiminə görə olduqca müxtəlif olur. Geniş həcmli kombinə edilmiş müxtəlif rəngli parçalarla reqlan, kimono biçimli, fonar qollu, çiyni qaldırılmış (bəzədilmiş) yüngül qadın donları mövcuddur.
Əvvəlki bəndlərdə nümunəvi ölçü göstəricisi olan qadın fiqurunun bütün qrupları üçün üst geyimlərin konstruksiya etmə metodikasına uyğun olaraq ülgü çertyojunun qurulmasını və geyimin fərdi layihələndirmə üsullarını izah etmişdik. Bu bənddə isə yüngül geyimlərin müxtəlif forması və onların ülgü çertyojunun sadə üsulla qurulması qaydasını şərh edək. Bu donlarda bel xəttində yumşaq, kiçik qasma və ya büzmələrdən, kəmərli və ya kəmərsiz, yaxud da kəmərcikdən istifadə olunur. İş üçün belə qadın donu Şəkil 4.15 a-da göstərilir. Bu donun yığcam biçim forması vardır. Belə donu jaketlə də geyinmək olar. Bu biçimin köməyi ilə fiqur xüsusiyyətini nəzər alıb hər bir qadın üçün dəbdə olan don forması seçə bilərik. Belə don xüsusən dolu bədənli qadınlara daha çox yaraşır.
Bel xəttinin silueti sərbəst və qismən yatımlı donları özündən naxışı olan və ya saya yun parçadan, həmçinin sıx toxunmuş ipək parçadan tikmək məsləhətdir. İki cərgə düyməli donun
Şəkil 4.15 İkibortlu don a, b.
qabaq hissəsi bel xəttindən aşağı, bir tərəfə yatan qasma kimi işlənilmiş, lifi açılır, bel yerində kiçik qasmaları var. Qolun ağzı geriyə qatlanır və uzunluğu qolun 3/4 hissəsi qədərdir. Donun ülgüsü əsas ülgü çertyoju əsasında (Şəkil 4.2 ) qurulur.
Arxa hissənin bel yerindəki qarsaqlar kiçik qasma ilə əvəz edilmişdir.
Qabaq hissənin ülgüsündə bəzi dəyişikliklər aparılmışdır. Düymələnən hissənin üst-üstə yatma payını əldə etmək üçün A5 və Ə5 nöqtələrindən (Şəkil 4.15 b) sağa üfüqi istiqamətdə 6, 6 sm ölçüb A8 və Ə6 nöqtəsini tapaq. Bu nöqtələri birləşdirdikdə sağ tərəfin sol tərəf üstünə yatma xəttini alırıq.