a
b
Şəkil 4.12 Koketkalı bluzka a, b.
Ülgü çertyojunda koketkanın kəsilmə xəttini və uzunluğunu fərqli edək. Bunun üçün D4 nöqtəsindən qol yeri xətti istiqamətində 7, 5 sm ölçüb, Ç14 nöqtəsini, sonra A5 nöqtəsindən aşağı 6 sm ölçüb, A15 nöqtəsini qoyaq. A7D1A6 döş qarsağını qapayıb Ç14 və A15 nöqtələrini düz xətlə birləşdirək və koketkanı həmin xətt boyu kəsək. Qarsağın aşağıda qalan hissəsini açıb kəsiyi əyri xətlə düzəldək. Qabaq hissənin bu əyri xətti büzmə ilə yığılır.
Qolun ülgü çertyoju əsas ülgü çertyojunda qurulur. Qol qısadır. Yaxalığın ülgü çertyoju Şəkil 2.8 b-də göstərilən çertyoj əsasında qurulur. Yaxalığın ucu dairəvidir.
Qabaq hissənin düymələnmə yerini 2-3 sm (alt hissə üçün) enli götürək. Bluzka kiçik düymə ilə düymələnir. Bu bluzkanı xırda damalı və basma naxışlı təbii və süni ipək parçadan tikmək məsləhətdir.
4.13-cü şəkildə göstərilən bluzka xırda basma naxışlı parçadan işlənilmişdir.
Arxa hissənin ülgü çertyoju don lifinin əsas ülgü çertyojuna uyğun olaraq qurulur.
a
b
Şəkil 4.13 Xırda basma naxışlı bluzka a, b.