Çiyin qarsağı 8 sm uzunluğunda (bu bədən quruluşundan asılı olaraq dəyişə də bilər) tikilir.
Şəkil 4.9-da göstərilən bluzkanın bəzədilməsi üçün əriş sapı istiqamətində toxunmuş parçanın öz zolaqlarından istifadə etməklə qabaq hissəyə (Şəkil 4.9 a) verilən əlavə parça köndələn (eninə) biçilmişdir. Şəkil 4.9 b-də göstərilən bluzkada isə qabaq hissə parçanın eninə (arğac sapı istiqamətində), əlavə naxış üçün verilən parça (əriş sapı istiqamətində) zolaq istiqamətində biçilmişdir. Hər iki halda, bluzka parçanın öz naxışından istifadə etməklə bəzədilmişdir.
Qabaq və arxa hissələrin ülgü çertyoju don lifinin əsas ülgü çertyoju kimi qurulur. Sonra yuxarı döş qarsağı qoltuq altına köçürülür.
Bütöv biçimli yaxalığın ülgü çertyoju şəkil 4.9 c-də göstərilən qayda üzrə tərtib edilir. Əlavə (qoyma) bəzək parçasının və yaxalığın konturu d2d3dD2DD1A6A3 və d1 nöqtələrindən keçir.
Qolun ülgü çertyoju qolun əsas ülgü çertyoju əsasında qurulur. Qol qısadır.
4.10- cu şəkildə göstərilən bluzkanın bel yerindəki qarsağı tikilmir. Yuxarı döş qarsağı sonuncu qasma qatının altına salınır. Qabaq hissənin ortasında düymələnmə yerinə 2-2, 5 sm əlavə pay verilir.
Şəkil 4.10 Qasmalı bəzək tikişli bluzka a, b.
Əlavə payların kəsikləri 0, 5 sm enində qatlanma tikişlə işlənilir. Bluzkanın yaxası düymə ilə bağlanır. Arxada bel xətti boyu rezin lent keçirilir.
Qabaq və arxa hissənin ülgü çertyoju donun əsas ülgü çertyoju əsasında qurulur. Bluzkanın arxa və qabaq hissəsi 8-10 sm uzadılmışdır.
Düymələnən hissənin altı üçün A5 və O11 nöqtələrindən sağa, 5-6 sm ölçüb A115 və O2 (Şəkil 4.10 b) A15 və O1 nöqtələrindən sola isə 2 sm ölçüb d və e nöqtələrini qoyaq və onları düz xətlə birləşdirək, həmin düz xətt üzərində dörd qasmanın yerini qeyd edək.
Hər qasma üçün 1 sm ayırmaq lazımdır. Qasmanın qatlanma tikişinin eni və qasmalar arasındakı məsafə 0, 5 sm götürülür. Sonuncu qasmadan 2 sm (aralı) eyni sayda və eyni dərinlikdə yenə dörd qasma qeyd edilir.