C nöqtəsindən cibin üfüqi ağız xəttini çəkək və cib ağzının ölçüsünü müəyyən edək. Kütləvi tikiş istehsalında cib ağzının uzunluğu C4C41 unifikasiya kataloqundan götürülür, yaxud da bizim nümunədəki don cibi ağzının ölçüsü (uzunluğu) üçün aşağıdakı kimi hesablanır:
C nöqtəsindən sola, cib ağzı uzunluğunun (C4C41) 1/4 -i qədər ölçüb C41 sağa, cib ağzı uzunluğunun 3/4 hissəsi qədər ölçüb C4 nöqtəsini qoyaq. Deməli,
Əgər qabaq hissədə iki qarsaq (qabaq və yan) nəzərdə tutulmuşdursa, bu halda onların hər ikisində ağızlığın eni
Yan qarsaqda 0.15 ∑X = 0,15 sm
Qabaq qarsaqda 0, 2 ∑X = 0, 2 sm
Qarsağın uzunluğu modelə görə seçilir. Yan cibi eninə biçilmiş geyimlərdə qarsağın aşağı ucunun bel xəttindən aşağı olması yan cibin vəziyyətini müəyyən edir. Onda qabaq qarsağın aşağı ucu cibin qabaq küncündən azı 0, 5 sm solda yerləşməlidir.
Qabaq və yan qarsağın B3B6q ox xətləri şaquli, yəni gərdən xəttinə paralel çəkilir. Lakin yan qarsağın ox xətti B3 nöqtəsinə doğru 3 sm-ə qədər sola çəkilə bilər.
Modadan asılı olaraq, qarsağı tərtib edəndə onun ağzını bel xəttindən yuxarıda yerləşdirmək olar.
4.3.2.Tələbələr üçün fəaliyyətlər
•
Geyimin çertyojunu qurmaq üçün hansı bilik və bacarıqları bilməli olduğunuzu
qeyd edin.
•
Qruplara bölünün.Qrupun biri müəllimin təklif etdiyi “Arxa hissədə orta kəsiyin tərtib edilməsi” mövzusunu müzakirə etsin. Digər qrup yalnız müzakirəni yazıya alıb təhlil etsin və öz əks dəlillərini hazırlasın.Sonra diskussiya təşkil edin.
•
4 qrupa bölünün.Hər qrup lideri müəllim tərəfindən bölünmüş mətnin bir hissəsini
oxuyub qavramaqla öyrəndiyi hissəni öz qrupuna danışır.
•
Cütlüklərə bölünün.Hərə öz cütlüyünün geyim çertyojunu qursun.
4.3.3. Qiymətləndirmə
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:
“Bazis toru əsasında geyimin çertyojunu qurur”
•
Bazis toru ilə geyimin çertyoju arasındakı fərqi izah edin.
•
Kürəyin orta xətti nədən asılı olaraq dəyişir?
•
Çiyin qarsağı necə qurulur?
•
Döş qarsağı necə qurulur?
•
Qol əyrisi necə çəkilir?
•
Düz siluetli donun ülgü çertyojunu qurun.