B13 qarsağın oxu olur. B13 nöqtəsindən sağa və sola qarsaq ağzının eni və uzunluğu qoyulur. Qarsağın nöqtəsinin uzunluğu modelə uyğun olaraq götürülür.
Arxa və qabaq hissələrin bel xətti səviyyəsində yan kəsiklərin əyriliyi belə tapılır:
B8B9= B11B12 = 0, 2∑X = 0, 2 • 7, 2 = 1, 4 sm
Alınmış kəmiyyəti, yəni, yan xətlərin (B8B9 və B11B12) əyriliyini müvafiq olaraq B8 nöqtəsindən sola ölçüb B9 nöqtəsini, B11 nöqtəsindən sağa ölçüb B12 nöqtəsini alırıq. Sonra B9 nöqtəsini arxa hissənin qol yerindəki Q11 və omba xəttindəki O3 nöqtələri, eləcə də B12 nöqtəsini qabaq hissənin qol yerindəki Q11 və O6 nöqtələrinə düz xətlə birləşdirib lekal vasitəsilə lazımi əyrilik verək.
Qabaq və arxa hissələrin yan kəsiklərinin bel və omba xətlərinin BO nöqtələri arasındakı sahədə B9O3 və B12O6 kəsiyinin 1/3 hissəsi də (bel xəttindən başlayaraq) yan xətlərə 0, 5-1 sm uzunluqda qabarıqlıq verilir.
Kip və qismən yatan siluetli məmulatlarda omba xəttindən aşağıda (ətək sahəsində) yan kəsiklər belə tərtib edilir.
Qabaq və arxa hissələrin yan kəsiklərinin ətək xəttindəki yerini müəyyən etmək üçün köməkçi xətlərdən istifadə edilir.
Omba xəttindəki O3 nöqtəsindən aşağı 10 sm uzunluğunda şaquli xətt çəkib O7 nöqtəsini (O3O7 = 10 sm), sonra O7 nöqtəsindən sağa 0-1 sm uzunluğunda (modadan asılı olaraq) üfüqi xətt çəkib O9 nöqtəsini alaq (O7O9 = 1 sm). Bu, arxa ətək xəttinin enliləşməsini göstərir. O3O9 nöqtələrini düz xətlə birləşdirib ətək xəttini kəsənə kimi uzadaq və Ə1 nöqtəsini qoyaq. Q11B9O3O9Ə1 xətti arxa hissənin yan kəsiyi olur. Bu qayda ilə ətək xəttində qabaq hissənin yan kəsiyinin yerini müəyyən edək. Omba xəttindəki O6 nöqtəsindən aşağı 10 sm uzunluğunda şaquli xətt çəkib O8 nöqtəsini (O6O8 = 10 sm), sonra O8 nöqtəsindən sola 0-1 sm uzunluğunda üfüqi xətt çəkib O10 nöqtəsini qoyaq (O8O10 = 0-1 sm). O6O10 nöqtələrini düz xətlə birləşdirib ətək xəttini kəsənə kimi uzadaq. Qabaq və arxa hissələrinin yan kəsiklərinin uzunluğunu bel xəttinədək birləşdirib Ə2 nöqtəsini nişanlayaq. B12O6O10Ə2 - qabaq hissənin bel xəttindən aşağıdakı yan kəsiyi olur.
Ülgü hazırlananda çalışmaq lazımdır ki, arxa və qabaq hissələrin yan kəsiklərinin konfiqurasiyaları bir-birinə uyğun gəlsin.
Qabaq hissənin gərdən xəttində ətək xəttinin son Ə5 nöqtəsini müəyyənləşdirmək üçün B04Ə5 uzunluğunu tapaq:
B04Ə5 = B1Ə+ 1, 5 + ƏA
Arxada bel xəttindən ətək xəttinə qədər olan məsafə üçün B1Ə5 əlavə artımı götürülmür. Çünki, qabaq hissənin B04Ə5 sahəsinin özü üçün əlavə artım nəzərdə tutulur. B04Ə5 kəsiyinə arxa hissənin bel xəttindən ətək xəttinə qədər olan B1Ə uzunluğunun 2%-ə qədəri əlavə artım verilir. Qabaq hissənin ətək xəttini almaq üçün Ə2 və Ə5 nöqtələrini düz xətlə birləşdirərək ona 0, 4-0, 7 sm uzunluğunda qabarıqlıq verək. Buna görə də Ə2Ə5 düz xəttinin ortasından nəzərdə tutulan qabarıqlıq ölçüsündə aşağıya perpendikulyar düz xətt çəkib qabaq hissənin ətək xəttini tərtib edək. Düz siluetli geyimlərdə arxa hissənin ətək xəttini qoldibi enində götürmək məsləhətdir, yəni arxa hissənin eni düz Q11 nöqtəsindən (Şəkil 4.5) keçəcəkdir. Qabaq hissənin omba xəttindəki enini qabaq hissənin qoldibi səviyyəsindəki enindən (hazır halda) 1-2 sm artıq götürmək məsləhətdir.
Döş xəttində sərbəstlik payı az verilmiş düz siluetli geyimlərin omba xətti D0+2 kəmiyyətindən az alına bilər. Bu halda omba xəttini döş xəttinin eni qədər artırmaq lazımdır. Yan kəsiklər Q11 və Q13 nöqtələrindən, yəni, omba xəttində alınmış nöqtələrdən keçməlidir.
Geyimdə cibin yerini B3C və cib ağzının ölçüsünü müəyyən edək (Şəkil 4.2)
Don üçün: B3C = Uab
4 - 5
Bizim nümunədə götürülən don üçün: B3C = 39,4
4
- 5 = 4,96 sm