bel xətti səviyyəsində qabaq və arxa hissələrin enini (B1B8 + B11B04) kip və qismən yatan siluetin eninə uyğunlaşdırmaq üçün qarsaqlardan istifadə etmək, yəni onların qabaq və arxa hissələrinin bel xəttindəki enini qarsaq ağızlarının eni qədər azaltmaq lazımdır. Onda qarsaq ağızlarının enlərinin cəmi belə tapılır:
Burada, B1B8 və B11B04 uyğun olaraq arxa və qabaq hissələrdə bel yerinin enidir (çertyojdan götürülür).
∑X — qarsaq ağızları eninin cəmidir (bu, bel xəttində, qabaq və arxa hissələrdəki yan kəsiklərin əyriliyində, qabaq hissədəki yan və qabaq qarsaqlər arasında paylanır).
Arxa hissənin bel xəttində qarsağın yerini (B1B13 kəsiyini) müəyyən edək (Şəkil 4.2)
B1B13= 0, 4 Aa
Aa - arxa hissədə kürəyin enidir.
Modeldən asılı olaraq qarsağın yeri dəyişdirilə bilər. Arxa hissənin bel xəttindəki qarsaq ağzının eni qarsaq cəminin 15% -i, yəni 0, 5 ∑X qədər götürülür. B13 nöqtəsindən bel xəttinə (yuxarı və aşağı) şaquli xətt çəkilir.