Arxa hissənin çiyin kəsiyində qarsağın uzunluğu 7-8 sm götürülür. Buna əsasən qarsağın uzunluğunu müəyyən edib İ1 nöqtəsini qoyaq. Sonra həmin nöqtədən
Şəkil 4.4 Çiyin kəsiyində qarsağın qoyulması
yuxarıya əvvəlcə İ1Ç1 (İÇ3) radiusunda, sonra isə A2 nöqtəsindən A2Ç radiusunda ikinci qövsü kəsək və həmin yeri Ç3 nöqtəsi adlandıraq. A2 və Ç3 nöqtələrini düz xətlə birləşdirək. Onda A2Ç3 xətti arxa hissədə qarsağın qapalı halında çiyin xətti olacaqdır:
A2a3 = A2a1 ;
İ1a3 = İ1a4
Yan xətti müəyyən edək (şəkil 4.2). Bunun üçün qol yerində yan kəsiyin Q10 təpə nöqtəsini tapaq. Q5 nöqtəsindən sağa 4 sm ölçüb Q10 nöqtəsini qoyaq. Modeldən və yan tikişin vəziyyətindən asılı olaraq bu kəmiyyət dəyişə bilər. Q10 nöqtəsindən aşağıya doğru (şəkil 4.2), bel xəttini kəsənə qədər şaquli xətt çəkib B8 nöqtəsini sonra onu yuxarıya, qol yeri xəttinə qədər qaldırıb Q11 nöqtəsini (arxa hissədə yan xəttin ən hündür nöqtəsi) alaq.
Omba xəttində arxa hissənin eni bel xətti enində qəbul edilir:
O1O3 = B1B8
Modeldən asılı olaraq omba xəttində arxa hissənin enini bel xəttindəki enə nisbətən 0, 5...1 sm-ə qədər artırmaq olar. Düz siluetli məmulatlarda arxa hissənin omba səviyyəsindəki enə bərabər götürmək məsləhətdir. Bu halda, arxa hissənin yan kəsiyi Q11 nöqtəsindən aşağıya endirilmiş şaquli xətt hesab olunur (Şəkil 4.5)
O2O6 qabaq hissənin omba xətti səviyyəsindəki eni hesab olunur:
O2O6 = (Yo + ƏPom) — O1O3
Burada, O1O3 arxa hissənin omba xətti səviyyəsindəki endir.
Düz siluetli məmulatda isə qabaq hissənin omba xəttindəki eni qədər götürülür. Q1o və O6 nöqtələrini düz xətlə birləşdirək və onun bel xəttini kəsdiyi yeri B11 nöqtəsi adlandıraq. B11Q1oO6 xətti qabaq hissənin yan kəsiyinin yönəlişidir.
Qabaq hissənin yan kəsiyinin uzunluğunu (B11Q13) bel xəttindən yuxarıda arxa hissənin yan kəsiyi uzunluğunda (Q8Q11) bərabərləşdirib Q13 nöqtəsini - qabaq hissənin yan kəsiyinin zirvəsini (ən hündür nöqtəsini) alırıq.
Arxa və qabaq hissələrin yan kəsiklərinin zirvə nöqtələri (Q11 və Q13) üst-üstə düşür. Qabaq hissənin qol yerini -Q13 və Q8 nöqtələri arasındakı yeri əyri xətlə birləşdirək.
Bədənə kip yatan və qismən yatan siluetli məmulatlarda bel xətti səviyyəsində qabaq və arxa hissələrin enini müəyyənləşdirək. Sərbəst siluetli geyimlərdə