Kürək sahəsində adamın duruşundan və parçanın xassəsindən asılı olaraq lazımi forma (qabarıqlıq) almaq üçün ütülənməklə və ya çiyin kəsiyində qarsaq vasitəsi ilə ÇÇ1 kəsiyi qədər (çiyin kəsiyində) yığma aparılır. Ütülənməklə yığmada ÇÇ1 = 0, 7-1, 2 sm qarsaqli yığmada qarsaq ağzının eni 2-3, 5 sm nəzərdə tutulur. Ç nöqtəsindən sağa ütüləməklə və ya qurşaqla çiyin xəttini (çiyin enini) yığmanın miqdarı qədər artırıb Ç1 nöqtəsini qoyaq.
Qol yerinin dərinlik xəttini müəyyən etmək üçün əvvəlcə B2 nöqtəsindən (Şəkil 4.2, 4.5) 25-30 sm uzunluğunda şaquli xətt qaldırıb köməkçi Ç nöqtəsini, sonra isə həmin nöqtədən sağa üfüqi xətt çəkib, B3 nöqtəsindən yuxarı qaldırılmış şaquli düz xətti kəsən yerə Ç6 nöqtəsini qoyaq. Daha sonra Ç1 və Ç5, eləcə də Ç4 və Ç6 nöqtələrini birləşdirək (Şəkil 4.2) Bu kəsiklərin (Ç1Ç5 və Ç4Ç6) uzunluğunu və ülgü çertyojundan qol yerinin dərinliyini müəyyənləşdirmək lazımdır. Bu kəmiyyəti ∆l -lə işarə edək, onda
∆l = 0, 5 (Ç1Ç5 — Ç4Ç6)
Bu kəmiyyəti əldə etdikdən sonra qol yerinin dərinliyini, Ç1Ç5Q5 kəsiyini müəyyən etmək olar. Bu halda
Ç1Ç5Q5 = 0, 56 Uqol yeri + 0, 5 Eqol yeri + ∆l =0, 56 • 45, 8 - 0, 5 • 13, 8 + ∆l
Q5 nöqtəsindən sağa üfüqi düz xətt çəkək və B3 nöqtəsindən həmin xəttə şaquli xətt qaldıraq, onların kəsişməsinə Q6 nöqtəsi deyək. Q5Q6 qol yerinin dərinlik xətti olur.
Arxa və qabaq hissələrin qol yeri xəttini tərtib etmək üçün köməkçi nöqtələr müəyyənləşdirək. Qol yerinin dərinlik xəttinə toxunan Q8 nöqtəsi
Q5Q8 = 0, 5 Eqol yeri + 1 = 0, 5 • 13, 8 + 1 = 7, 9 sm
Q5 nöqtəsindəki bucağı tən bölən 1 köməkçi xəttin uzunluğu
Q51 = 0, 15 Eqol yeri + 1, 5 = 0, 15 • 13, 8 + 1, 5 = 3, 6 sm
Q6 nöqtəsindəki bucağı tən bölən 2 köməkçi xəttin uzunluğu
Q62 = 0, 15 Eqol yeri = 0, 15 • 13, 8 = 2, 1 sm
Q6 nöqtəsindən qaldırılan şaquli xəttə qabaq hissədə qol yerinin toxunan Ç7 nöqtəsi Q6Ç7 = 5, 5... 6, 0 sm götürülür.
Qabaq hissənin qol yerindəki Ç4 və Ç7 nöqtələrini düz xətlə birləşdirib onun tən ortasını 3 nöqtəsi adlandıraq və ondan sağa Ç7Ç4 xəttinə 0, 5-0, 8 sm uzunluğunda perpendikulyar endirib 4 nöqtəsini qoyaq.
Sonra qol yerini tərtib etmək üçün Ç1Ç5Q82Ç74 və Ç4 nöqtələrini birləşdirək. Bu, arxa və qabaq hissənin qol yeri olacaqdır.
Bundan sonra qol yerinin həqiqi uzunluğu ölçülür və hesablama yolu ilə alınan kəmiyyətlə müqayisə edilir, yəni
Fərq 0, 5 sm-dən çox və ya az olmamalıdır. Arxa hissədə qol yerini ütüləməklə yığma payını nəzərə alıb, Ç1 nöqtəsindən yuxarı A2Ç1 radiusunda qövs çəkək və həmin qövsdə çiyin xəttini 0, 5...0, 8 sm qaldırıb Ç2 nöqtəsini nişanlayaq (şəkil 4.2, 4.5).
A2 və Ç2 nöqtələrini düz xətlə birləşdirsək arxa hissənin yeni çiyin xəttini alarıq. Bu əməliyyat qol yerində ütüləməklə yığma apardıqda işlənir.
Arxa hissənin (şəkil 4.4) çiyin xəttində A2Ç2 qarsağı yığmaq nəzərdə tutulduqda A2 nöqtəsindən çiyin kəsiyinin (çiyin kəsiyinin hazır halında) uzunluğunu 1/4... 1/3 hissəsi qədər ölçüb a1 nöqtəsini alaq, yəni
A2a1=(1/4 - 1/3)A2Ç
a1 nöqtəsindən çiyin xəttindəki qarsaq ağzının eni qədər ölçüb, a2 nöqtəsini (a1a2 =2-3, 5 sm) qoyaq. Qarsağın yönəlişini müəyyən etmək üçün M nöqtəsindən kürəyin eninin 0, 4 Ek məsafəsi qədər sağa üfüqi xətt çəkib, İ nöqtəsini qoyaq və həmin nöqtəni (qarsağın ağzı) çiyin kəsiyinin ortasına birləşdirək:
Mİ = 0, 4 Ek = 0, 4 • 18, 7 = 7, 5 sm