A3 nöqtəsi qabaq hissənin boyun yerinin zirvəsidir. Bu nöqtədən sağa qabaq hissənin gərdən xəttini kəsənə qədər perpendikulyar endirərək A4 nöqtəsini qoyaq (Şəkil 4..2). Qabaq hissədə boyun yerinin dərinliyini A4A5 müəyyən edək:
A4A5 = 0, 4 Yboy =0, 45 • 18, 6 = 8, 6 sm
Sonra qabaq hissədə boyun yerini çəkmək üçün A4 nöqtəsindən A3 və A5 nöqtələrinə A4A5 radiusunda qövs çəkək. A3A5 qövsü qabaq hissənin boyun xətti hesab olunur.
Qabaq hissənin çiyin kəsiyini müəyyən etmək üçün A3 nöqtəsindən gərdən xəttinə paralel çəkilmiş xəttə B6D1A31 uzunluğunda qövs cızaraq A31 nöqtəsini alırıq:
B6D1A31 = Uq boy b1 + ƏPq bu + ƏA = 43, 8 + 0, 2 + 0, 9 = 44, 9 sm
Burada, ƏA - əlavə artımdır:
Uq boy b1 + ƏPq bu = 43, 8+0, 2 = 44 sm
Əlavə artım 44-ün 2%-i qədər, yəni 0, 9 sm götürülür.
A31 nöqtəsindən aşağıya şaquli xətt çəkərək A31A30 kəsiyini müəyyən edib A30 nöqtəsini qoyaq:
A31A30(Hb ön -Hqiy n)+(ƏPq bu -ƏPqiy n)-1, 5=(134, 8-129, 7)+(0, 2-0, 15)-1, 5=3, 7
1, 5 sm qabaq hissədə çiyin xəttinin (modeldən asılı olaraq) arxa hissə tərəfə ötməsinə görə A31A30 - un ölçüsündən çıxılır.
A30 nöqtəsindən sola, arxa hissə tərəfə üfüqi xətt çəkək. Həmin xətti A31 nöqtəsindən çiyin mailliyi enindən A3D3 =13, 2 sm radiusda qövslə kəsib D3 nöqtəsini alaq. D3 və A3 nöqtələrini düz xətlə birləşdirək. Onda A3D3 xətti qabaq hissənin (döş qurşağının qapalı vəziyyətində) çiyin kəsiyi olacaqdır.
A3 nöqtəsində sola, çiyin xətti üzərində A3A6 qədər, yəni hazır halda çiyin xəttinin (A3D3) eninin 1/4 - 1/3 qədər ölçüb, A6 nöqtəsini nişanlayaq:
A3A6 = A3D3 (1/4-1/3) = 13, 2 • 1/4 = 3, 3 sm
A6 və D1 nöqtələrini düz xətlə birləşdirsək, döş xəttinin sağ tərəfini A6D1 alarıq. Qarsaq ağzının enini tapmaq üçün D1 nöqtəsindən yuxarı D1A6 düz xətti üzərində D1D2 qədər ölçüb D2 nöqtəsini qoyaq:
D1D2 = Hd -Hq qol yeri = 36, 1-25, 1 = 11 sm
D1 nöqtəsindən D1D2 radiusunda D2 nöqtəsindən sola qövs çəkək və döş qarsağının ağzının enini müəyyənləşdirib D21 nöqtəsini qoyaq:
D2D21 = (Yköks2 - Yköks1) -0, 5 = (52, 2-47)-0, 5= 4, 7 sm
D1D21 nöqtələrini birləşdirib uzadaq. Qarsağın tərəflərini bərabərləşdirək. Bunun üçün D1 nöqtəsindən A6D1 radiusunda qövs çəkək. D1D21 düz xəttini kəsən yerə A7 nöqtəsini qoyaq. Qarsağın açıq vəziyyətində qabaq hissənin çiyin nöqtəsini müəyyən etmək üçün əvvəlcə A7 nöqtəsindən A6D3 radiusu ilə birinci qövsü, sonra D1 nöqtəsindən D4D3 radiusunda ikinci qövsü çəkək. Bu, çiyin kəsiyinin sonuncu nöqtəsi olacaq, D4 və A7 nöqtələrini birləşdirib çiyin xəttinin alırıq. Arxa hissənin çiyin xəttini müəyyən etmək üçün B1M xəttini uzadıb köməkçi Ç0 nöqtəsini tapaq, onda
BÇ0=(Hbn-Ha bel)+ƏPa bu -1, 5+ƏA=(135, 6-99)+0, 2-1, 5+0, 6=35, 9 sm
Burada, Hbn - boyun nöqtəsinin hündürlüyü (döşəmədən boyun nöqtəsinə qədər olan hündürlük);
Habel - arxadan bel xəttinin hündürlüyü (döşəmədən bel xəttinə qədər olan hündürlük);
ƏPabu - arxa hissədə bel yerinin uzunluğuna verilən pay ;
ƏA - əlavə artım və ya bel yerindən boyun nöqtəsinə qədər olan uzunluğun işlənilmə prosesində qısalmasına verilən artım (yəni Hbn - Hab arasındakı məsafə fərqinə 1, 5%-ə qədər əlavə artım verilir);
1, 5 sm - qabaq hissənin çiyin kəsiyinin (modelə uyğun) arxa hissəyə keçməsi üçün verilən kəmiyyətdir.
Arxa hissəsi bütöv olan geyimlərin bütün siluetdə və arxa hissəsi kəsik olan düz siluetli geyimdə BÇ0 kəsiyi arxa hissənin boyun xəttinin qaldırılması qədər (A01A02, A0A02) artırılır (Şəkil 4.3 b, v).
Ç0 nöqtəsini müəyyən etdikdən sonra ondan sağa, MB1 xəttinə perpendikulyar endirərək və A2 nöqtəsindən A3D3 radiusu ilə qövs çəkib ona (qabaq hissənin çertyojundan) Ç nöqtəsi deyək. Sonra A2 və Ç nöqtələrini düz xətlə birləşdirək. Bu, arxa hissənin çiyin xətti olacaqdır.