Burada, Um məmulatın uzunluğu fərdi qaydada modaya uyğun götürülür. ƏA artımı parçanın işlənməsi prosesində onun qısalmasına görə verilir. Başqa sözlə məmulatın uzunluğunun 1, 5% -i qədəri ona əlavə olunur.
Arxa hissədə məmulatın uzunluq xətti (AƏ) bədənə tam və qismən yatan siluetdə (Şəkil 4.3 a) A nöqtəsindən başlayaraq (arxa tərəf iki hissəli olduqda) AA01 MM2 B1 O1 nöqtələrindən, düz siluetdə (şəkil 4.3 b) AA02 MBO nöqtələrindən, arxa hissəsi bütöv olan düz siluetdə (şəkil 4.3 v) AA02 A1 MBO nöqtələrindən keçir.
Ə nöqtəsindən sağa üfüqi ətək xəttini çəkək (Şəkil 4.2)
A0 nöqtəsindən sağa üfüqi xətt çəkib arxa hissənin enini hesabladığımız ölçüdə götürüb a nöqtəsini qoyaq:
Ea = A0a = 20, 3 sm
A nöqtəsi ilə B2 nöqtəsini düz xətlə birləşdirək.
Arxa hissədə boyun yerinin enini AA1 müəyyən etmək üçün A nöqtəsindən sağa, kürəyin orta xəttinə AM xəttini perpendikulyar endirib, A1 nöqtəsini qoyaq:
AA1 = Yboy : 3 + ƏPaboy= 18, 6 : 3 + 0, 7 = 6, 9 sm
ƏPaboy = 0, 7 sm (7-ci cədvəldən götürülür).
Donun arxa hissəsində boyun yerinin hündürlüyü üçün pay nəzərdə tutulmur.
A və A2 nöqtələri arasındakı məsafə arxa hissədə boyun yerinin enidir, onu maili xətlə birləşdirək.
Qol yerinin enini B2B3 çəkmək üçün B2 nöqtəsindən sağa üfüqi xətt boyu onun eni qədər ölçüb (13, 8 sm) B3 nöqtəsini qoyaq. Sonra qabaq hissənin orta (gərdən) xəttini müəyyənləşdirək. Bunun üçün B3 nöqtəsindən sağa qabaq hissənin eni qədər ölçüb B04 nöqtəsini qoyaq, B3 nöqtəsindən yuxarı, B04 nöqtəsindən isə yuxarı və aşağı şaquli xətt çəkək. Bu, məmulatın orta xətti olur.
Sonra həmin şaquli düz xətt üzərində omba xəttini müəyyənləşdirib O2 nöqtəsini qoyaq.
Bel xəttində B04 nöqtəsindən sağa döşün mərkəz səviyyəsini B04B06 müəyyən edib, B6 nöqtəsini qoyaq:
B04B6 = Md + ƏPdm = 10, 5 + 0 = 10, 5 sm
ƏPdm - döş sahəsində paketin qalınlığına verilən paydır. Həmin pay qadın donu üçün verilmir.
İndi gərdən xəttində döşün mərkəz səviyyəsini (D) tapaq. Bunun üçün B04 nöqtəsindən yuxarı, şaquli xətt boyu B04 D qədər ölçüb D nöqtəsini qoyaq:
Bo4D=(Uqbel -Hd)+0, 5 ƏPqbel +ƏA=(52, 6-36, 1)+0, 5 • 0, 2+0, 3=16, 9 sm
ƏA - B04D kəsiyinin 2%-i qədər götürülür, yəni ƏPqbel - qabaq hissənin bel yeri xəttinə qədər olan uzunluğuna verilən paydır. Qabaq hissə bütöv olduqda don üçün pay 0, 2 sm, düymələnən olduqda isə 0, 4 sm qəbul edilir. Döşün mərkəzi olan DD1 kəsiyini müəyyən edək:
DD1 = Md+ ƏPdm = 10, 5 + 0 = 10, 5 sm
D nöqtəsindən sola DD1 uzunluqda üfüqi xətt çəkib D1 nöqtəsini alırıq ki, bu da döşün mərkəzi olur.
Arxa hissənin boyun yerinin eninə AA1 bərabər ölçüdə gərdən xəttini yuxarı hissəsinə paralel A3A30 xətti çəkməklə müəyyən edək (Şəkil 4.2) Paralel xəttdə qabaq hissənin boyun yerinin təpə nöqtəsini A3 müəyyənləşdirib B6D1A3 radiusunda qövs cızmaqla A3 nöqtəsini alaq.
B6D1A3=Uq boy b1 +[Uab1h-(Uab1h-ƏPa bu -ƏAa)]+ƏPq bu +ƏAq=
43, 8+[42, 4-(42, 3-0, 2-0, 8)]+0, 2+0, 9=46, 1 sm
Burada, Uab1 həqiqi - B1 nöqtəsindən MB1 xəttinə endirilmiş perpendikulyarla arxa hissənin boyun yerinin hündür nöqtəsi (zirvəsi) A2 arasındakı məsafədir (Şəkil 4.3 a). Bu məsafə arxa hissənin boyun yeri enində arxa hissənin orta xəttinə paralel ölçülür.
Düz siluetli məmulatda arxa hissə kəsik, eləcə də digər bütün siluetli məmulatda arxa hissə bütöv olduqda çertyojdan alınmış Uab1h ölçüsü arxa hissənin boyun yeri hündürlüyünə verilən artım A01A02 və ya A0A02 qədər qısa götürülür. (Şəkil 4.3 b, v).