Eqoly = 0, 6 (Uqy-ƏPqyd)-(Hqy -ƏPçiyalt)
qiymətləri yerinə yazsaq
Eqoly = 0, 6 (47, 2 - 0) - (13, 7-0) = 14, 6 sm
alarıq. Donda çiyin altlığı olmadıqda (ƏPqyu = 0 və ƏPçiyalt = 0) əlavə pay da
olmur. Qol yerinin
eni belə də hesablanır:
Eqoly = B2B3 = Yköks2 -(Ea + Eq + ƏPqys) = 52, 2-(20, 3 + 24, 1) + 6 = 13, 8 sm yaxud,
Eqoly = 1/4 (Yköks3 + ƏPqys) = 1/4 (50 + 6) = 14 sm
Ülgü çertyoju tikiş payı və qatlanma üçün (qolun ağzı, ətək kəsiyi) artım nəzərə alınmadan qurulur. Sonra bu paylar 13 və 14-cü cədvəllərdən götürülür, ülgü kəsiklərinə uyğun ölçüdə əlavə edilir, yaxud ülgünün konturu parça üzərində çəkiləndə həmin əlavələr nəzərə alınır.
Ülgü çertyojunu (şəkil 4.2) qurmaq üçün kağız üzərində soldan sağa 5-6 sm ölçüb şaquli düz xətt çəkək. Sonra yuxarıdan aşağıya doğru düz xətt boyu 50-60 sm ölçüb B nöqtəsini qoyaq və B nöqtəsindən sağa üfüqi bel xəttini çəkək. Arxa və qabaq hissənin enini, yəni BB2 və B3B04 nöqtələri arasındakı məsafəni müəyyən edək.
Arxa hissənin eni
BB2=Ea=Ek+ƏPk+(0, 3-0, 5)+ƏAa=18, 7+1+0, 3+0, 3=20, 3 sm
Burada, (0, 3-0, 5) - sərbəst kəmiyyətdir; arxa hissənin orta xəttini çəkəndə əmələ gələn itki bununla bərpa olunur. Arxa hissə bütöv olanda bu kəmiyyətdən istifadə edilmir.
Qabaq hissədə sinənin eni
B3B04=Eq=Esinə+(Yköks2-Yköks1)+ƏPq+ƏA=17, 4+(52, 2-47, 0)+0, 6+0, 5=23, 7 sm
B nöqtəsindən yuxarı arxa hissənin bel xəttindən boyun xəttinə qədər olan məsafəni (BA0) tapaq:
BA0=Uab+ƏAab+ƏA=39, 4+0, 2+ 0, 6=40, 2 sm
Burada, ƏA - arxa hissədə bel yeri uzunluğunun 1, 5 % qədər əlavə payı (0, 2 sm) 7-ci cədvəldən götürülür.
ƏA = U a b • 1, 5 : 100 = 0, 6 sm
ƏPab - arxa hissədə bel yerinin uzunluğuna verilən əlavə pay (0, 2 sm) 7-ci cədvəldən götürülür.
A0 nöqtəsindən aşağı şaquli kürəyin maillik xəttinin başlanğıcını müəyyən edib M nöqtəsini tapaq:
A0M = 0, 3 U a b = 0, 3 • 39, 4 = 11, 8 sm
B nöqtəsindən aşağıya şaquli BO qədər ölçüb omba xəttini müəyyən edək:
BO = 0, 5 U a b = 0, 5 • 39, 4 = 19, 7 sm
A0 və O nöqtələrindən sağa üfüqi xətlər çəkək.
Bədənə tam və qismən yatan siluetli məmulatda (arxa tərəf iki hissədən ibarət olduqda) arxa tərəfin bel yerindəki əyrilik (bel çökəkliyi) nəzərə alınır. Bunun üçün B nöqtəsindən sağa 2, 6 sm ölçüb, B1 nöqtəsini qeyd edək (Şəkil 4.3, a-da):
BB1 = 2, 6 sm
B1 və M nöqtələrini düz xətlə birləşdirib, B1 nöqtəsindən BO xəttinə paralel xətt çəkək və omba xəttini kəsən yerə O1 nöqtəsini qeyd edək. M nöqtəsindən aşağıya MM xəttini müəyyən edək:
MM1 = A0M
M1 nöqtəsindən sağa, MB1 xəttini kəsənə qədər üfüqi düz kəsib M2 nöqtəsini işarələyək.
A0 müstəvisində arxa hissənin orta xəttini və kürəyin mailliyini müəyyən edək:
A0A01 = Gv-Belc1-M1M2