Döşəmədən çiyin nöqtəsinə qədər olan hündürlük Hc 129, 7 sm
Bel yarımdairəsi Ybel 39, 7 sm
Arxadan bel xəttindən döşəməyə qədər olan məsafə Mabel 99, 0 sm
Omba yarımdairəsi (qarın qabarıqlığını nəzərə almaqla) Yo 52, 0 sm
Kürəyin eni Ek 18, 7 sm
Qövsün eni Eqöfs 17, 4 sm
Döş nöqtələri arasındakı məsafə Md 10, 4 sm
Arxadan bel xəttinə qədər olan uzunluq
(kürək qabarıqlığını nəzərə almaqla) Uabel 39, 4 sm
Qabaqdan bel xəttinə qədər olan uzunluq Uqbel 52, 6 sm
Döşün hündürlüyü Hdöş 36, 1 sm
Qabaqdan qol yerinin hündürlüyü Hqqol 25, 1 sm
Qolun dirsəyə qədər olan uzunluğu Uqd 30, 8 sm
Qoltuqaltı səviyyəsində qol dairəsi Dqol 31, 3 sm
Çiyinin eni Eçiy 13, 2 sm
Qolun biləyə qədər olan uzunluğu Uqolbil 53, 7 sm
Məmulatın uzunluğu modaya görə təyin olunur.
Geyim hissələrinin ülgü çertyojunu qurmaq üçün əvvəlcə qolun, qol yerinin, arxa və qabaq hissələrin
enini və sərbəstlik payını hesablayaq.
Qolun enini yuxarıdan müəyyən edək.
88-104 ölçülü geyimlər üçün:
Eqol = Dqol + ƏPqd = 31, 3 + 6 = 37, 3 sm
ƏPqd qolun çiyin sahəsində doluluq payıdır (Cədvəl 11).
108-120 ölçülü geyimdə qolun eni:
Eqol = 1, 25 Dqol + ƏPqd - 9
124-136 ölçülü geyimdə qolun eni:
Eqol = 1, 75 Dqol + ƏPqd - 29, 5
Burada, 9 və 29, 5 sərbəst kəmiyyətdir. Qol dairəsində qol eninin ölçüdən-ölçüyə keçməsinə lazım olan dəyişikliyi (1, 4 sm) almaq üçün təminat əmsalıdır.
Qol yerinin uzunluğunun Uqoly əmsalı 0, 58-0, 62 arasında dəyişə bilər. Bu halda, əmsal artdıqda (qol yerinin eni artdıqda) qol yerinin hündürlüyü azalır və ya əksinə. Qol yerinin eni 0, 01-ə qədər, qol yeri uzununa dəyişdikdə, qol yerinin hündürlüyü 0, 25 qədər dəyişir. Əmsalı 0, 62 götürdükdə düsturun qol yerinin hündürlüyünün sərbəst əmsalı sıfıra bərabər olur.
Qol yerinin enini müəyyən etmək üçün əvvəlcə qol yerinin və qol dairəsinin yuxarı hissəsinin hündürlüyünü, sonra isə qol dairəsinin yuxarı hissəsinin və qol yerinin uzunluğunu hesablamaq lazımdır. Qapalı qol yerinin hündürlüyü:
hqy = dqş + ƏPaqoly + ƏPçiy altı + 0, 5 = 11, 2 + 2 + 0 + 0, 5 = 13, 7 sm
Burada, dqş - qolun şaquli diametri, ƏPaqy və ƏPçiyalt uyğun olaraq 10-cu və 7-ci cədvəldən götürülür. Əgər məmulata çiyinlik qoyularsa, bu ölçü arta bilər. Qol dairəsinin yuxarı hissəsinin hündürlüyü:
Hoqol= Hqy (1 + H) + ƏPqoloh = 13, 7 (1 + 0, 09) + 0, 5 = 15, 4 sm
Burada, ƏPqol 7-ci, H - isə 12-ci cədvəldən götürülür. Qol dairəsinin yuxarı hissəsinin uzunluğu:
Uqol = 1, 51 (0, 5 Eqol + Hoq) = 1, 51 (0, 5 * 37, 3 + 15, 4) = 51, 4 sm
Qol yerinin uzunluğu:
Burada, H - qol yerinin 1 sm uzunluğunda qol dairəsinin yuxarı hissəsinin yığma normasıdır (parçanın çeşidindən asılı olaraq, bu norma 0, 08-0, 15 arasında dəyişir).
Qol yerinin eni